“Qaydalara əməl etməyən hər kəs ictimai qınağa tuş gəlməlidir”

“Koronavirusla bağlı məhdudlaşdırıcı tədbirlər göstərdi ki, yalnız önləyici tədbirlərlə pandemiyaya qarşı mübarizə aparmaq, xəstəliyin qurbanlarının sayını azaltmaq mümkün olmur”.

Bu sözləri “Sherg.az”a açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib.

Birlik rəhbəri bildirib ki, dövlət tərəfindən atılan addımlarla yanaşı vətəndaşların kifayət qədər məsuliyyətli davranması məsələsi də çox önəmlidir: 

“İlk növbədə hamı bir nəfər kimi Operativ Qərargahın tələblərinə riayət etməlidir. Əgər qapalı yerlərdə maska taxmasaq, sosial məsafəni gözləməsək, gigiyenik vasitələrdən istifadə etməsək, dövlətin atdığı tədbirlər də lazımi nəticəni verməyəcək. Ölkəmizin gələcəyini düşünən bütün ictimaiyyət nümayəndələri bir araya gəlməlidir. Qaydalara əməl etməyən hər kəs ictimai qınağa tuş gəlməlidir. Məsələ ölkəmizin və xalqımızın gələcəyi, millətimizin genefondu ilə əlaqəlidir. Düzdür, artıq xeyli vətəndaş tələb olunan qaydalara əməl etməyə çalışır, küçələrdə adam azalıb, kafe-restoranlar bağlıdır. Amma buna rəğmən, yenə də parklarda və başqa yerlərdə toplaşan insanları görürük. Bunlar yolverilməzdir. Əlbəttə, başa düşürük ki, isti yay günlərində bu cür məhdudiyyətlər heç kimə xoş təsir bağışlamır. Ancaq unutmayaq ki, istirahət əvəzinə günlərimizi çox ağır vəziyyətdə xəstəxanada keçirə bilərik. Düşünürəm ki, qaydaları pozanlara qarşı cəza və cərimə tətbiq olunmaqla yanaşı, maarifləndirmə və ictimai qınaq da paralel aparılmalıdır. Xüsusən, ictimai qınaq məsələsində çox ciddi olmalıyıq. Cənab Prezident başda olmaqla hamımız bu mübarizəyə qoşulmuşuq. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu