“Koronavirusun tez bitməsi üçün məsuliyyətimizi artırmalıyıq”

"Dövlət  koronavirus pandemiyasına qarşı hər cür zəruri addımlar atmaqdadır. Lakin  qərarlara  riayət etməyən bəzi məsuliyyətsiz insanlarla hər gün hər birimiz rastlaşırıq".
Bu sözləri “Sherg.az”a Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələləri üzrə müşaviri Günay Ağamalı deyib. 
Günay xanım hesab edir ki,  koronavirusa   yoluxanların sayının artmasına səbəb sosial məsafə gözləməmək, tibbi maska taxmamaq və gigiyena qaydalarına riayət etməmək kimi üç ciddi amildir:

"Dəfələrlə bu üç qaydaya riayət etməyənlərə xoş şəkildə iradımı bildirsəm də, bəzən cavabında sərt reaksiya görmüşəm. Təbii ki, qəbul edənlər də olub. 
İnsanlar var, illərdir bu və ya digər xəstəlikdən əziyyət çəksələr də müalicə ilə ömürlərinə davam edirlər. Yaxşı indi nə edək? Bu insanları biz  məsuliyyətsizlik ucbatından itirək? Nə zamana kimi?

Mövcud vəziyyəti və real təhlükəni görməmək, inanamamaq hansı çərçivəyə sığır? Bizim hər birimizin vətəndaş məsuliyyətini dərk etməyimiz üçün gözəl nümunələrimiz var.

Ölkə başçısı Cənab İlham Əliyev, Birinci vitse -prezident Mehriban xanım Əliyeva tibbi maskalardan istifadə edirlər. Bu məgər yetərli deyil? Düşünə bilmirəm, koronavirusun hökm sürməsinə  inanmaq üçün daha nə etmək lazımdır? Bundan başqa insanlar qəbul etməlidirlər ki, bir insanın virus daşıyıcısı olması, onlarla insanın virusa yoluxması deməkdir. Və ən əsası koronavirus yaş həddi tanımır". 

Bu gün bizlərdən tələb olunan 3 qaydaya riayət etməli olduğumuzu vacib hal kimi vurğulayan G.Ağamalı hesab edir ki, hər kəs bu məsələdə yalnız özünü deyil, ailə üzvlərini, yaxınlarını, doğmalarını, iş yoldaşlarını hətta küçədə, marketlərdə, apteklərdə, bir sözlə qarşılaşdığı hər bir şəxsin yaşamaq haqqını dərk etməli, bu bəlanın tez bitməsi üçün məsuliyyətimizi daha da artırmalıyıq”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu