Koronavurusla bağlı 1 milyon şəxsə məlumat göndərəcəyik - QHT sədri 

“1 milyon şəxsə koronavirusla mübarizə ilə bağlı məlumat çatdırmağa başlamışıq”.

Bu sözləri “Sherg.az”a açıqlamasında BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı deyib. 

QHT rəhbəri bildirib ki, iyun ayının 20-dən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəklədiyi “Sosial şəbəkələr vasitəsi ilə COVİD-19 pandemiyasına qarşı mübarizə ilə bağlı maarifləndirmə işinin təşkili” layihəsinə başlayıblar: 

“30 minlik “Niyameddin Orduxanlı” facebook səhifəsi vasitəsi ilə 1 milyon vətəndaşımıza koronavirusla mübarizənin maarifləndirməsini məqsəd qoymuşuq. Təbii ki, söhbət pullu reklam vasitəsindən gedir. 1 milyon vətəndaşa məlumatın çatdırılması “facebook” şəbəkəsinin verdiyi ödənişli reklam əsasında həyata keçiriləcək. Bilirsiniz ki, feysbukun maliyyə büdcəsi milyard dollarla ölçülür. Hər bir səhifə istifadəçisi ödəniş əsasında bir məlumatı yüz minlərlə, milyonlarla insana çatdıra bilər. Layihəmiz 4 ay nəzərdə tutulub. Əslində, layihəni “Sosial şəbəkələrdə informasiya təhlükəsiyliyi və milli maraqların müdafiəsi istiqamətində fəaliyyətin təşkili” mövzusuna həsr edəcəydik. Ancaq bəlli olduğu kimi mart ayında pandemiya baş verdi. Azərbaycan koronavirusa qarşı mübarizə ilə bağlı sərt karantin rejiminə keçəndən sonra QHT Şurası qalib elan olunmuş qeyri hökumət təşkilatlarına tövsiyə etdi ki, könüllü olaraq layihələri koronavirusa qarşı mübarizəylə əvəzləyə bilərlər. Bizim təşkilat ilk olaraq layihənin dəyişdirilməsi ilə bağlı Şuraya müraciət etdi. Koronavurusla bağlı məlumatı hər dəfə yaydıqda, həm səhifədə olan 30 000 üzv görəcək. Mesajımızı ödəniş əsasında yüz minlərlə şəxsə göndərəcəyik. Hesablarımıza görə, layihənin sonunda 1 milyon şəxs məlumatlandırılacaq. Azərbaycanda cəmi 4 milyon şəxs “facebook” istifadəcisidir. 1 milyon şəxsə təşkilatımızın məlumat göndərməsi çox böyük rəqəmdir”. 

N.Orduxanlının sözlərinə görə, Prezident cənab İlham Əliyevin virusla mübarizədə həyata keçirdiyi çevrik siyasət nəticəsində ölkəmizdə ölüm sayı 213 ölkə arasında sonuncu yerdədir: 

“İlk gündən cənab Prezident öz vətəndaşının qorunması siyasətinə üstünlük verdi. Aztəminatlı ailələrə, işsizlərə birdəfəlik yardım verildi. 200 mindən artıq vətəndaşa ərzaq və tibbi yardımlar olundu. 10 modul tipli xəstəxananın qısa müddətdə tikilməsi barədə sərəncam imzalandı. Koronavirusa qarşı mübarizə fondu yaradılması və 120 milyon manat vəsait toplandı. Dövlət büdcəsindən 4 milyard manata yaxın vəsaitin ayrılması məhz Prezidentin apardığı düzgün siyasətin nəticəsidir. Biz Avropada, ABŞ-də insanların necə kütləvi şəkildə dünyasını dəyişdiyinin şahidi oluruq. Bir gündə on minlərlə insan həyatını itirir. Həmin dövrlərdə bizdə həm yoluxanların, həm də ölənləri sayı həddindın artıq az idi. Prezidentin qabaqlayıcı tədbirləri nətəcisində bu gün Azərbaycanda 18 000 vətəndaş virusa yoluxub və bunun 10 000 nəfəri sağalaraq evə buraxılıb”.

QHT sədri bildirib ki, sərt karantin rejimindən yumşalmaya keçiddən sonra yoluxma sayı artmaqdadır: 

“Azərbaycanda iyunun 21-dən yenidən sərt karantin rejiminə keçildi. Dövlət başçısı ilk növbədə vətəndaşın həyatını düşünür və onun qorunması istiqamətində addımlar atır. QHT Şurasının da fəaliyyətini xüsusi qeyd etmək istərdim. Şura sədri Azay Quliyev Azərbaycanda sərt karantin rejimininə keçiddən sonra yüzlərlə QHT nümayəndəsini virusa qarşı mbairzəyə səfərbər etdi. Ölkənin ən tanınmış QHT sədrlərindən ibarət İctimai Qərargah yaradıldı. Vətəndaşların maarıfləndirilməsi istiqamətində addımlar atıldı, video-konfranslar keçirildi. 200-ə yaxın QHT-nin layihəsi məhz koronavirusa qarşı mübarizəyə yönəldilib. Bir necə gündür ki, layihələrin icrasına başlanılıb. Bizim təşkilat layihə müddətində həm də 10-a yaxın aztəminatlı ailələyə ərzaq və tibbi yardım edəcək. Bu da Şura tərəfindən könüllü olaraq tövsiyə olunub. Hər bir QHT-nin 10 ailəyə ərzaq və tibbi yardım göstərməsi minlərlə ailəyə dəstək deməkdir”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu