“İki saatdan artıq günəş şüaları altında qalmaq dəri xərçəngi yaradır” - SENSASİYA !

“Lakin günün müəyyən saatlarında günün altında qalmaq olar”

“Dəniz qırağında və yaxud günün 2 vaxtında-səhər saat 10-11 arası, axşam 5-6 arası günəş şüalarının fərqli təsiri var. “D vitaminin sintezi ən çox bu anlarda olur”



Günəşin altında iki saatlıq gəzinti qızın üz-gözünün şişməsi ilə nəticələnib. hadisə ABŞ-ın Oklahoma ştatının Ponka-Siti şəhər sakini Peyton Uilyamsın başına gəlib. Məlumata görə, gənc qız həmin gün az günəşli və buludlu olduğu üçün günəş kremindən istifadə etməyib. Lakin gəzintidən sonra o, güclü ağrı və zəiflik hiss edib. Ertəsi gün isə üzü və gözü şişib, alnında, demək olar ki, beş santimetr böyüklüyündə yara əmələ gəlib.

Günəşin ultrabənövşəyi şüalarının D vitamini sintezinə səbəb olduğunu deyən həkim-allerqoloq Şahvələd Məmmədov “Sherg.az”a bildirib ki, D vitamini orqanizm üçün vacibir:

“Xüsusilə virus dövründə D vitamini çox vacibdir. Profilaktik tədbir olaraq hər birimiz D vitamini içməliyik.
Azərbaycan cənub zonasıdır, isti ölkədir. Son dövrlər iqlim dəyişməsi ilə əlaqədar günəş saçması normal olmur. Amerikada baş verən hadisə isə başqa məqamdır. Günəş allergiyası, günəş yanığı deyilən bir anlayış var.

Əslində 2 saatdan artıq günəş şüaları altında qalmaq dəri xərçənginə səbəb olur. Lakin günün müəyyən saatlarında günün altında qalmaq olar. Dəniz qırağında və yaxud günün 2 vaxtında-səhər saat 10-11 arası, axşam 5-6 arası günəş şüalarının fərqli təsiri var. D vitaminin sintezi ən çox bu anlarda olur. O saatlarda günəş şüalarının ziyanlı və əlavə təsirləri əmələ gəlmir”.

Həkim vurğulayıb ki, bu günkü pandemiya dövründə günəş şüalarından qaçmağa dəyməz:

“Təbii ki, karantin qaydalarına riayət etmək şərti ilə günəş şüalarını qəbul etməliyik”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu