Kürdoğlu gileyləndi: “Nə şəklini görürük, nə məlumat ala bilirik”

“Beynəlxalq Qızıl Xaç Komitəsinin(BQX K) əməkdaşları atamın səhətinin yaxşı olduğunu deyirlər. Amma atamın özü ilə danışmadığımız üçün məlumata inana bilmirik”.
Bunu "Sherg.az”a ata-baba yurdu olan Kəlbəcərə yaxınlarının məzarını ziyarət etməyə gedərkən separatçılar tərəfindən girov götürülən həmvətənimiz Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. 
Onun sözlərinə görə, bu yaxınlarda  BQXK əməkdaşları onlarla əlaqə saxlayıb:

“Bildirdilər ki, girovlarla görüş olacaq. Onun üçün bizdən məktub, video görüntü və foto istədilər. Biz də atama məktub yazdıq, uşaqların şəkilini və video görüntülərini göndərdik. Deyəsən, yolladığımız məlumatlar atama çatıb. Eyni zamanda yaxın günlərdə yenidən görüş olacaq. Lakin bu görüşlər zamanı heç vaxt atamla birbaşa əlaqə qura bilmirik. Demək olar ki, üç ildən artıqdır, atamın nə şəklini görürük, nə də birbaşa özündən məlumat ala bilirik. Sadəcə BQXK-nın əməkdaşları üç aydan bir atamın yaxşı olduğunu deyirlər. Məktub və ya şəkil soruşanda bildirirlər ki, özü göndərmək istəmir”.



Paylaş

Bizi Facebookda izləyin
Kənan Eynuroğlu Yazarın yazıları
menu
menu