“20 yanvar dairəsi”nə giriş məhdudlaşdırılacaq

Aparılacaq təmir işləri ilə əlaqədar iyulun 4-ü və 5-də paytaxtın “3-cü mikrorayon” dairəsi üzərindən keçən yolötürücüsünə “20 yanvar dairəsi” istiqamətindən giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq. Bu barədə "Sherg.az"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Sürücülər alternativ olaraq prospektin köməkçi yolundan, həmçinin Asif Məhərrəmov, Ceyhun Səlimov və Əbdulvahab Salamzadə küçələrindən istifadə edə bilərlər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu