Bakıda ekspress marşrut xətləri bərpa olunur

Müntəzəm marşrut xətlərinin iş qrafiki isə dəyişməz olaraq qalır

 Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırıldığından iyulun 6-dan M1, M2, M3, M4, M5, M6 və M7 ekspress xətlərinin fəaliyyəti bərpa olunur. Bu barədə AYNA-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, bütün ekspress xətlər üzrə avtobusların iş qrafiki əvvəllər olduğu kimi saat 07:00-dan 20:00-dək müəyyən edilib.
Gündəlik müntəzəm marşrut xətlərinin iş qrafiki isə dəyişməz olaraq qalır. Həm müntəzəm, həm də ekspress marşrut xətləri üzrə avtobuslararası intervallar sərnişin axınına uyğun tənzimlənəcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu