COVID-19-la bağlı yeni iddia: Mutasiya nəticəsində daha az xəstələndirir

Virusun bu növünün Avropadan ABŞ-a doğru yayıldığına dair faktlar qeydə alınıb

 Koronavirusla bağlı ümidverici xəbər var. AYNA xarici mediaya istinadən xəbər verir ki, son araşdırmalardan birində COVID-19-un mutasiya nəticəsində daha az xəstələndirdiyi məlum olub. “Cell” jurnalının apardığı araşdırmaya görə virus mutasiya keçirərək daha yoluxucu olub, lakin “G614” adı verilmiş bu forma insanları daha az xəstələndirir.
Araşdırmalara görə virusun bu növünün Avropadan ABŞ-a doğru yayıldığına dair faktlar qeydə alınıb. Araşdırmanı aparan Los Alamos Milli Laboratoriyasının nəzəri bioloqu Bette Korber və dostları hazırlanan hesabatda virusun bu formasının daha sürətli yayıldığını, lakin daha az xəstələndirdiyini deyiblər: “Aparılan qlobal monitorinqlər onu göstərir ki, virusun G614 forması D614-dən daha yoluxucudur. Maraqlıdır ki, G614-in xəstəliyi şiddətləndirməsinə dair heç bir dəlil tapa bilmədik”.

İngiltərədəki Uorvik Universiteti”nin tibbi onkologiya professoru Laurense Yonq bunun yaxşı bir xəbər ola biləcəyini deyib. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu