Paşinyan oturduğu budağı kəsdi ! – “Ermənistan dövlətçiliyi təhlükədə..."

“Daha Rusiyadakı ermənilər də Paşinyan hökumətinin əleyhinə çıxış edəcək”

“Bu isə o deməkdir ki, Rusiya Ermənistanın dövlətçiliyinin əleyhinə ola bilər”


“Ermənistanda yerli əhali onsuz da Paşinyan hakimiyyətinə qarşı çıxırdı. İndi isə baş nazir artıq özü-özünə müxalifdir”. 
Bu sözləri Ermənistandakı vəziyyətlə bağlı “Sherg.az”a danışan Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. 
Ekspertin sözlərinə görə, düşmən ölkədəki situasiyaya artıq hökumət nəzarət edə bilmir:

“Koronaviorus pandemiyası nəinki paytaxtın, digər şəhərlərin də dörd bir yanını mühasirəyə alıb. Belə davam etsə, insanların üzündəki ağ maskanın əllərindəki ağ bayraqla əvəzlənmələrinə az qalıb”. 

 

M.Əhmədoğlu hesab edir ki, Rusiya ilə münasibətlər Ermənistanın gələcəyi üçün real təhlükədir: 

“Rusiyadakı referendumla bağlı Ermənistanda mənfi rəy səsləndi. Yerli televiziyalardan heç biri bunu vermədi. Xəbər necəsə Ermənistana çatdı və “İctimai TV” dərhal həmin məlumatı yayımladı. Bununla da, Paşinyan oturduğu budağı öz əli ilə kəsdi. Daha Rusiyadakı ermənilər də Paşinyan hökumətinin əleyhinə çıxış edəcək. Hətta indiyə kimi səssiz qalanlar da ayağa qalxacaq. Bu isə o deməkdir ki, Rusiya Ermənistanın dövlətçiliyinin əleyhinə ola bilər. Hətta Kalininqrad kimi Ermənistanın da Rusiya birləşməsi mümkündür. Uzun sözün qısası, Ermənistan dövlətçiliyi təhlükə altındadır”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu