Prezidentin köməkçisi: “Yoluxan şəxsin bilə-bilə SMS icazə alması cinayətdir”

“Yoluxan şəxs bilə-bilə SMS icazə alıb və ya hər hansı şəkildə küçəyə çıxırsa, bu, cinayət kimi qiymətləndirilir”.
Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib. 
Ş.Mövsümov bildirib ki, həmin şəxslərə özlərini təcrid etmələri barədə məlumat verilirsə, ona birmənalı şəkildə riayət edilməlidir:
“Bu, birbaşa məsuliyyət məsələsidir. Bu qaydaları bilərək pozan şəxslər cinayət məsuliyyəti daşıyır. Artıq bununla bağlı bəzi məlumatlar da paylaşılıb”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu