“Sərt karantin rejiminin uzadılması vacib idi”

“Nəzarət güclənərsə və insanların hərəkətinə məhdudiyyət qoyularsa, infeksiyanın yoluxma zənciri qırıla bilər”


"Operativ Qərargahın tətbiq olunmuş sərt karantin rejiminin 2 həftə uzadılması qərarını vacib qərar hesab edirəm. Çünki  koronavirus infeksiyası ilə bağlı son günlərin dinamikası heç də ürək açan deyil". 
Bunu “Sherg.az”a millət vəkili Azər Badamov deyib.  
Deputatın sözlərinə görə, karantin rejiminin 2 həftə uzadılmasının zərurəti bəzi insanların karantinin tələblərinə məsuliyyətsiz yanaşmasından qaynaqlanır: 



"Tələb və qaydalara əməl edilmədiyində koronavirusun yoluxma sürəti artıb. Metronun fəaliyyətinin də dayandırılması zəruri idi. Metroda havalandırma sistemləri daim işlədiyindən bu məkana daxil olunmuş virus daşıyıcısından virusun bütün metrodan istifadə edən digər insanlara yoluxmaq təhlükəsi daha böyükdür.

Ümumiyyətlə, növbəti 2 həftə ərzində nəzarət güclənərsə və insanların hərəkətinə məhdudiyyət qoyularsa, infeksiyanın yoluxma zənciri qırıla bilər. Bu da xəstələnənlərin sayının azalmasına gətirib çıxarar.
Dövlətin qəbul etdiyi bütün qərarlar  vətəndaşların təhlükəsizliyi üçündür və hamı bunu dəstəkləməlidir".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu