Xaçmazda avtomobil aşdı, xəsarət alanlar var

Xaçmaz rayonu ərazisində axşam saatlarında yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Xaçmaz-Niyazoba yolunda qeydə alınıb.
"VAZ 2106" markalı avtomaşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu