Bakı sakini bankdan 5020 manatını ala bilmir

Bəxtiyar Quliyev Mehriban Əliyevadan yardım istədi



Quliyev Bəxtiyar Muxtar oğlu Azərbaycanın birinci xanımı, 
Azərbaycan Respublikasının birinci vitse-prezidenti 
Mehriban  Əliyevaya müraciət ünvanlayıb.
 Müraciətdə deyilir:

- Hörmətli Mehriban xanım. 
Mən, Quliyev Bəxtiyar Muxtar oğlu mənə ödənməli olan kompensasiyanı bir ildir ki, ala bilmirəm. 2012-ci il 21 iyun tarixində “Royal Bank”dan 24 ay müddətinə 26 faiz dərəcəsi ilə 6300 ABŞ dolları məbləğındə kredit götürmüşdüm. 2016-cı il 29 dekabr tarixində öhdəliyi yerinə yetirmişəm. Ödənilən faiz hesablanmaqla həmin banka 17 min 354 manat ödəmişəm. Mənə çatacaq kompensasiyanın məbləği əvvəlcə 5020, amma sonra 4900 manat hesablanıb. Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev ötən ilin fevralında vətəndaşların problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzaladı və bununla da minlərlə vətəndaşa dəymiş ziyanın ödənilməsini təmin etdi. Lakin iş burasındadır ki, mənə qaytarılmalı olan kompensasiya hələ də ödənməyib. Nə 5020, nə də 4900 manatı qaytaran var. Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etmişəm. Apelyasiya komissiyası işə baxıb. “RoyalBank” vətəndaşın banka heç bir borcunun olmadığına dair sənəd təqdim edib. Bu proses də 2 ay çəkib. Palata ləğv olunduqdan sonra kompensasiyaların ödənməsi Mərkəzi Banka həvalə edilib. Lakin mən Mərkəzi Bankdan hələ də qaneedici cavab ala bilmirəm. Hər dəfə bankdan “gözləyin” deyirlər. Amma nəyi gözləməliyəm, bunu deyən yoxdur.  Mərkəzi Bankın sədri Elman Rüstəmov çıxışında “problemli kreditlər həll olunub” deyir, amma problemi həll olunmamış vətəndaşlar var hələ. Mən də onlardan biriyəm. 
Hörmətli Mehriban xanım. Sizdən xahiş edirəm Prezident fərmanına əməl olunmasında və mənə çatacaq kompensasiyanın ödənməsində mənə yardım edəsiniz.                                                                                                                  






Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu