“Məsuliyyətsiz davrananlara qarşı sərt ictimai qınaq olmalıdır”

“Onlarla qanunun sərt üzü ilə rəftar edilməlidir. Yalnız o halda dəhşətli bəladan xilas ola bilərik”


“Sərtləşdirilmiş karantin rejiminin iyul ayının 20-dək uzadılması ilə bağlı Operativ Qərargahın qərarını vaxtında alınmış tədbir kimi qiymətləndirirəm”.
Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib. 
Deputat bildirib ki, xüsusi karantin rejimi tətbiq olunan bölgələr arasında təmsilçisi olduğu Xaçmaz rayonu da var: 

"Narahatlıq hissi ilə vurğulayıram ki, son zamanlar bizim rayonda da koronavirusa yoluxma halları artıb. Nəticədə belə mənzərə əmələ gəlib. İnsanlarımız artıq bəhanəyə, laqeydliyə, biganəliyə, məsuliyyətsizliyə son qoymalıdır. Xüsusi karantin rejiminin şərtlərinə birmənalı və istisnasız əməl etməlidirlər. Hər kəs bir nəfər kimi, kimliyindən, sosial, siyasi mənsubiyyətindən asılı olmayaraq, Operativ Qərargahın qərarlarına, səhiyyə işçilərinin məsləhətlərinə qulaq verməlidir. Hər məsələdə örnək, nümunə olan dövlət başçısı cənab İlham Əliyevin çağırışlarına riayət etməliyik”.

Parlament üzvü vurğulayıb ki, son günlərin statistikası vəziyyətin çətin və ağır olduğunu göstərir: 

“Yersiz, mənasız sözlərə, “mənə heç nə olmaz, bu, oyundur, virus-filan boş söhbətdir” kimi ifadələrə son qoyulmalıdır. Tibbi maskalardan və əlcəklərdən istifadə etmək, sosial məsafəni gözləmək vacibdir, məcburidir. Yeri gəldi-gəlmədi çölə, bayıra, küçəyə çıxmamalıyıq. Həm özümüzü qorumalı, həm də ətrafımızdakı insanların taleyini təhlükə altına qoymamalıyıq. Məsuliyyətsiz davrananlara qarşı sərt ictimai qınaq nümayiş etdirməliyik. Onlarla qanunun sərt üzü ilə rəftar edilməlidir. Yalnız o halda dəhşətli bəladan xilas ola bilərik”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu