“Jurnalistika hər zaman riskli peşə olub”


Akif Aşırlı: “Jurnalist özünü qorumalıdır ki, cəmiyyəti qoruya bilsin"



Son vaxtlar cəmiyyətin bütün təbəqələri kimi media nümayəndələri arasında da pandemiyanın yayılması müşahidə edilir.
Jurnalistlər arasında koronavirusun yayılması cəmiyyətin informasiya ilə çevik şəkildə təminatı baxımından hansısa problem yarada bilrəmi? Pandemiya ilə mübarizə fonunda jurnalistlərin qorunması nə dərəcədə önəmlidir?

 Moderator.az-a açıqlama verən “Şərq” qəzetinin baş redaktoru, media eksperti Akif Aşırlı hər kəs kimi jurnalistlərin də bu məsələdə son dərəcə məsuliyyətli olmasının zəruri olduğuna diqqət çəkdi:

 “Koronaviorusun jurnalistlər arasında da yayılması, bəzi həmkarlarımızın bundan dünyasını dəyişməsi artıq faktdır. Təbii ki, bunlar həyəcanlandırıcı xəbərlərdir. Əgər pandemiyaya qarşı mübarizənin cinahlarında polis və həkimlər yer alıbsa, mətbuat bu mübarizənin mərkəzində qərarlaşıb. Cəmiyyəti yönləndirən də, məlumatlandıran da mətbuatdır.

Mətbuat, onun təqdim etdiyi informasiya insanlara daha çox məsuliyyət hissi aşılayır.
Jurnalist peşəsi elədir ki, cəmiyyətdə olan hadisələri çəkir, yazır və təqdim edir.

Jurnalistlər xəstəxanalarda, müxtəlif obyektlərdə olur, insanlara aktiv şəkildə ünsiyyət şəraitdə fəaliyyət göstərir. Jrunalistika özlüyündə riskli bir peşədir. Bu cür fövqəladə vəziyyətlərdə isə jurnalistikanın önəmi daha da artır.

Indiki şəraitdə şübhəsiz ki, jurnalistlər özlərini qorumalıdır. Bunun üçün redaksiyalarda qoruyucu tədbirlər görülməlidir. Maska və dezinfeksiyaedici məhsullardan geniş istifadə edilməi, sosial məsafə gözlənilməldir. Jurnalist özünü qorumalıdır ki, cəmiyyəti qoruya bilsin.
Onlayn media elədir ki, evdən işləmək mümkündür. Çap mediasında isə bilavasitə redaksiyada olmaq lazımdır. Çünki qəzetin dizayn edilməsi, çapı, yayımı var. Bu səbəbdən  çalışmalıyıq ki, maksimum məsuliyyətli olaq. Yalnız məsuliyyət hissi bizi bu təhlükədən qoruya bilər”.

 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu