“Pandemiyadan yaxa qurtarmaq hər bir vətəndaşın üzərində olan vəzifədir"

"Operativ Qərargahın karantinin sərtləşdirilməsi ilə bağlı qərarını geçikdirilmiş addım sayıram. Bu tədbirlər may ayı boyunca, yoluxma sıfırlananadək davam etdirilməli idi".
Bu sözləri “Sherg.az”a açıqlamasında "Türküstan” qəzetinin baş redaktoru  Aqil Camal deyib. 
May ayında karantin rejiminin ciddi şəkildə yüngülləşdirildiyini vurğulayan baş redaktor hesab edir ki,  məhz bu səbəbdən yoluxma pik həddə çatdı. Bununla da 2 ay çəkilmiş əziyyət heçə getdi:

"Bu gün sərt karantin qaydalarının yenidən tətbiqi o deməkdir ki, biz mart ayından bəri ötən müddəti itirdik.
Birbaşa topluma yönəlik qərarların qəbulu zamanı sosioloji, psixoloji amillər nəzərə alınmalıdır. Xalqımızın xüsusiyyətləri, qayda-qanuna münasibəti, özünə və ətrafa qarşı  intizamlı yanaşması kimi amillər əsasında qərarlar qəbul edilməlidir. 

Son iki gündə qərar verən qurumların narahatlıq dolu açıqlamaları, eyni zamanda, reydlərin, patrul xidmətlərinin gücləndirilməsi ümid yaradır ki, bu dəfə karantin rejimi sözün əsl mənasında tətbiq ediləcək. Kimsəyə güzəşt olunmayacaq.

Karantinin tədbirlərinin effektiv olacağına ümid yaradan digər səbəb koronavirusun varlığına inanların say faizinin artmasıdır. Təəssüf ki, bu inamı yaratmaq üçün artıq hər kəsin tanıdığı xəstə və virsudan ölənlərin olması rol oynadı. Həmçinin, iş yerlərinin uzun müddət bağlı qalması insanlarda böyük narahatlıq yaradır.

Bu da bir tərəfdən məsuliyyət hissi doğurur ki, bəla tezliklə sovuşsun. Hər kəs işinin başına, normal həyat ritminə dönsün.
İndi pandemiyada yaxa qurtarmaq artıq hansısa dövlət qurumlarının, səhiyyənin deyil, hər bir vətəndaşın üzərində olan vəzifədir".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu