Qazaxıstanda saxta içkilərdən 15 nəfər öldü

Qazaxıstanda 15 nəfər kustar üsulla hazırlanmış içki qəbulu nəticəsində ölüb.
APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə Qazaxıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Artıq həmin içkiləri hazırlamaqda şübhəli bilinən 3 nəfər həbs olunub. Nazirliyin məlumatında qeyd olunur ki, Arkalıke şəhərində etanol zəhərlənməsi ilə reanimasiyaya 13 nəfər yerləşdirilib, onlardan 11-i dünyasını dəyişib, Akmola bölgəsində isə 4 nəfər ölüb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu