“İnsanlar sosial məsafə saxlamalı, qapalı yerlərdə maska taxmalı...”

“...Şəxsi gigiyena qaydalarına  riayət etməlidirlər”



Azərbaycanda avqustun 1-dək xüsusi karantin rejimidir.  Hamı karantinin yumşaldılmasını istəyir. Amma əksəriyyət də qoyulan qaydalara, karantin tələblərinə laqeydlik, biganəlik göstərir. Əgər normal həyata qayıtmaq istəyiriksə, qaydalara əməl edərək karantin rejimindən çıxmalıyıq. Qoyulan qayda-qanunlar hamı üçündür və eynidir.

Son vaxtlar infeksiyaya yoluxma halları artıb. İnsanlar niyə xüsusi karantin rejminə əməl etmirlər? 

Sualımızı cavablandıran Azadlıq Partiyasının sədri Əhməd Oruc “Sherg.az” a bildirib ki, hakimiyyət koronavirusla mübarizədə sistemsizliyə yol verdi:

“Əvvəl sərt karantin rejimi tətbiq olunsa da, sonradan vəziyyət yumşaldıldı. Koronavirusla bağlı məsələlər ictimai həyata çatdırılır. Pandemiya çox ciddi təhlükədir. Azərbaycan bu  problemin həlli ilə bağlı bütün imkanlarını səfərbər edib. İdarəetmə prosesində TƏBİB və Səhiyyə Nazirliyi arasında anlaşılmazlıq oldu. Vətəndaşların vəziyyəti anlaması üçün onların inandıqları şəxsləri ortaya çıxarmaq lazımdır”. 

Ə.Orucun sözlərinə görə, insanlar sosial məsafə saxlamalı, qapalı yerlərdə maska taxmalı, şəxsi gigiyena qaydalarına  riayət etməlidirlər:

"Şərtlər daxilində insanların Bakıdan rayonlara axın edərək  təbiətin qoynunda istirahət etməsinə şərait yaratmaq lazımdır. Polis və yerli hakimiyyət orqanları yoluxmaya səbəb olan məsələlərin qarşısını almalıdır”.

Fidan HƏBİBLİ

Paylaş

Bizi Facebookda izləyin
menu
menu