Yay aylarında qara maska etibarlı deyil - Həkim 


Son vaxtlar qara maskalar haqqında çox danışılır. Bu maskaların orqanizm üçün ziyanlı olduğu iddia edilir. Səbəb kimi isə qara rəngin günəş şüalarını keçirmədiyi göstərilir. Bəziləri də elə buna bənd olub, nə ağ, nə də qara maska taxırlar.

 Həkim - allerqoloq Şahvələd Məmmədov "Sherg.az"a açıqlamasında səslənən iddiaların həqiqət olduğunu deyib:

"Bəli, doğrudan da, qara maska taxmaq məsləhət deyil. Bunun birinci səbəbi günəş şüalarını keçirməməsidirsə, ikincisi mikrob yığmaq qabiliyyətidir. Qışda, bəlkə də, bunu anlamaq olar. Amma yayda ümumiyyətlə, qara rəngə, o cümlədən maskayə üstünlük verməsək yaxşıdır. Ağ maskanı isə birmənalı olaraq hər kəs taxmalıdır. Qara maska ilə bağlı iddiaları buna da aid etmək səhvdir".

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu