Qarpızın təhlükəsiz vaxtı olmur: Az yemək məsləhətdir


Artıq qarpız, yemiş mövsümü başlayıb. Hər halda nübar çoxdan olunub. Amma heç kimə sirr deyil ki, bu bostan bitkilərindən zəhərlənmələr tez- tez baş verir. Bəlkə, bir az da səbr edib, uyğun vaxtı gözləsək daha yaxşı olar? Bəs qarpız, yemiş yemək üçün uyğun vaxt haçandır?


 
Azad İstehlakçılar Birliyinin sədri, qida təhlükəsizliyi eksperti Eyyub Hüseynov "Sherg.az"a açıqlamasında bildirib ki, bu məhsullardan istifadə edərkən diqqətli olmaq lazımdır:

"Mən hər il monitorinq aparıram. Düzü, qarpızın təhlükəsiz olduğu bir vaxta rast gəlməmişəm. Yəni bu bostan bitkisinin öz mövsümündə belə, zəhərlənmələrə səbəb ola bilər. Çünki torpaqdan çəkdiyi azot onun tərkibində çoxlu miqdarda litritlərin yaranması ilə nəticələnir. Bəli, qarpızın çox sevildiyi danılmazdır. Amma az yemək məsləhətdir. Bu halda zəhərlənmə ehtimalı da minimum olar".

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu