Ukrayna klubunda kütləvi yoluxma


Ukraynanın "Metallurq" klubunda kütləvi koronavirus infeksiyasına yoluxma halı aşkarlanıb.

Qol.az Zaporojye təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, testdən keçən 32 futbolçudan 13-də müsbət nəticə çıxıb. Yoluxanların vəziyyətlərinin yaxşı olduğu bildirilib.

Qeyd edək ki, Ukraynanın 2-ci liqasında çıxış edən komanda 21 xalla 16 komanda arasında 15-ci yerdədir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu