“Levandovski bu il “Qızıl top”u qazanmağa layiqdir”


"Bavariya"nın baş məşqçisi Hans-Diter Flik hesab edir ki, Robert Levandovski bu il "Qızıl top" mükafatını qazanmağa layiqdir.

Qol.az xəbər verir ki, bu haqda o, dünən Almaniya kubokunun finalında "Bayer"ə qalib gəldikləri (4:2) matçdan sonra bildirib. Bu görüşdə polşalı hücumu dubl edib.

"Levandovski özünün səviyyəsinə güvənən biridir. O, bu mövsüm bundesliqada 34 qol vurub. Bundan sonra düşünürsən ki, bundesliqanın futbolçusu niyə də "Qızıl top"u qazanmasın. O, buna layiqdir".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu