Səhiyyədə ikili idarəetmə... ! – TƏBİB-mi, Səhiyyə Nazirliyimi? – İşlər qəlizdir !

“İkili standartın səbəbi odur ki, Azərbaycanda koronavirusa elmi yanaşma yoxdur”

“Tapmaca kimi hərə öz mülahizələrini deyir”


Ölkəmizin pandemiya ilə mübarizəni davam etdirdiyi bir vaxtda cəmiyyətdə müxtəlif fikirlər səslənir. Bu düşüncələr əhalinin çaşqınlığına səbəb olaraq fərqli yanaşmaların yaranmasına səbəb olub. Bir çoxları düşünür ki, səhiyyədə ikili idarəetmə sistemi mövcud vəziyyətdə işləri daha da qəlizləşdirir. 

Faktiki olaraq TƏBİB və Səhiyyə Nazirliyinin fəaliyyətində ikili yanaşmanın olduğu deyilir. Nəticədə bu ikili yanaşma  sözügedən sahədə “qısaqapanma”ya gətirib çıxarır. 



Mövcud durumla bağlı “Sherg.az”a danışan Azərbaycan Demokrat Partiyasının sədri, həkim Sərdar Cəlaloğlu hər iki qurumun ikili yanaşması olduğunu təsdiq edib. Onun sözlərinə görə, iki müxtəlif təşkilat eyni vaxtda bir məsələyə dair iş görürsə, mütləq onların mövqelərində fərqliliklər olacaq:

“İkili standartın səbəbi odur ki, Azərbaycanda koronavirusa elmi yanaşma yoxdur. Tapmaca kimi hərə öz mülahizələrini deyir. Elmi yanaşma olsa, pandemiyaya dair yalnız bir münasibət formalaşar. Ona görə də cəmiyyətin çaşqınlığı və hər iki qurumun ikili yanaşması bununla bağlıdır”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu