“Koronaviruslu xəstələrin evdə müalicəsi doğru deyil”


“İnsanlar virusdan qorunmaq, guya immunitetlərini qaldırmaq üçün kortəbii olaraq virus əleyhinə dərmanlar qəbul edirlər”

“Sağlam insanların arbidol, erqoferon, tamaflyu,  və s. kimi dərmanları sağlam insanların qəbul etməsi düzgün deyil”



“Evdə müşahidə edilməyə dair iltizam” sənədinə əsasən, karantin rejimini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Koronavirus xəstələrinin evdə müalicəsinə dair qaydalara əsasən,  müşahidə müddətində evi tərk etmək və ziyarətçi qəbul etmək qəti qadağandır. Bu prosesə xüsusi mobil tətbiq vasitəsilə nəzarət edilir. Mütləq qaydada yüklənilən mobil tətbiq aktiv olmalı, təyin olunan vaxt müddətində elektron məruzələrin göndərilməsi və s. bundan irəli gələn məsələlərin icra olunmalıdır.

Müşahidəsi evdə aparılan xəstələr sağalana qədər onların sağlamlıq vəziyyəti ailə-sahə həkimi tərəfindən nəzarətdə saxlanılıb, tibbi məsləhətə ehtiyac yarandığı təqdirdə ailə-sahə həkiminə müraciət edilməlidir.  Təqdim edilən təlimata uyğun şəxsi gigiyena qaydalarına ciddi riayət edilməlidir və olduğu yerdən asılı olmayaraq tibbi maska istifadəsi mütləqdir. 

Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva isə  “Sherg.az”a açıqlamasında koronaviruslu xəstələrin evdə müalicə olunmasının əleyhinə olduğunu deyib. Onun sözlərinə görə, əgər xəstədə yoluxuculuq varsa, o ailənin digər üzvləri ilə əlaqədə olmamalıdır: 

"Koronavirusa yoluxan şəxs potensial daşıyıcıdır və istər- istəməz ətrafındakı şəxsləri də yoluxduracaq. Məsləhət görürəm ki, virusa yoluxan xəstələri qruplaşdırsınlar . Yüngül tipli xəstələr apteklərdə nəzarətə götürülsün, orta ağır xəstələri nisbətən normal şəraitli xəstəxanalarda stasionar müalicə etsinlər. Ağır xəstələri isə reanimasiya şəraiti güclü, müasir avadanlıqlarla təchiz edilən xəstəxanalara yerləşdirsinlər". 

Y.Abdıyevanın sözlərinə görə, insanlar virusdan qorunmaq, guya immunitetlərini qaldırmaq üçün kortəbii olaraq virus əleyhinə dərmanlar qəbul edirlər. Sağlam insanların arbidol, erqoferon, tamaflyu,  və s. kimi dərmanları sağlam insanların qəbul etməsi düzgün deyil:

 "Antiviral dərmanlarla profilaktik müalicə, bir insanın COVID-19 koronavirusuna yoluxmayacağına zəmanət vermir. Əksinə orqanizmin immun sistemini zəiflədir.  Virus əleyhinə dərmanlar yalniz yoluxma olduqdan sonra effektiv ola bilər. Virusdan əvvəl antivira dərmanlar qəbul edən şəxsin bədəninə virus düşəndə onu  dərmanlarla müalicə etmək çətin olur.  Daha yaxşı olar ki, vətəndaşlarımız  immunitet artıran qidalardan çox istifadə etsinlər, təmiz havada çox qalsınlar. Boğazlarını duzlu su ilə qarqara edib, nanə, zəncəfil, limon qarışığı içsinlər. Tərkibində vitaminlər və immunostimulyatorlar çox olan qidalarlı istifadə etmək tövsiyə edilir".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu