“Elnarə Abdullayeva DEDİ Kİ, şirinlik vermək istəyirəm, mən də...”

“...Zarafatla söylədim ki, verməsəniz  də olar, amma versəniz  lap yaxşı...”




Tanınmış şairə Cığatel İsaqızı  ötənlərdə ATV-də “ZAURla GÜNAYdın” verilişinin qonağı olarkən şeirinə yazılan mahnılardan pul almadığını söyləyib.  Həmin  etirafdan sonra  istər-istəməz sual hasıl olunur: 

“Görəsən şeirlərinə üz tutanlar pul təklif etmir, yoxsa  şairənin özü cömərddir?”

“Sherg.az” da məsləyə aydınlıq gətirmək üçün Cığatel xanımla əlaqə saxlayıb. O bildirib ki,  həqiqətən də heç vaxt qonorar gözləməyib:
 “Düşünməmişəm ki, yazdığım şeirdən pul qazanım.  Şeirlərimə mahnıların bəstələnməyi məni xoşbəxt edib. ”

 Şairə verlişdə dedikləri haqqında da   danışıb:

“Efirdə  Zaur Baxşəliyev sual verdi ki,  “Ağ çiçəyim” və digər mahnılardan nə qədər qonorar almısan? Dedim ki, mahnıdan heç vaxt pul götürməmişəm. O ki qaldı “Ağ çiçəyim” mahnısını  Elza xanım  istəmişdi. Onu rəhmətlik İlhamə Quliyeva da oxudu.  Elza Seyidcahan çox mahnılarımı  ifa edib, şeirlərimə bəstələr yazıb. Onu da qeyd edim ki,  maddi sıxıntılarım olsa da,  şeirdən pul qazanmaq ağlıma gəlməyib. El oğlanlarım, el qızlarım var, şairi el dolandırır.  Müğənni  deyiləm pul qazanam.  Əksinə, Elza xanıma  şeirlərimə üz tutub, mahnılar ərsəyə gətirdiyi üçün təşəkkür etdim.  Məsələn, Gülyaz, Gülyanaq bacıları,  Gülüstan Əliyeva, Baloğlan Əşrəfov, Xatirə  İslam, Mirələm Mirələmov, Eldar Ələkbərov  mahnılarımı oxuyublar. “

C.İsaqızı  tanınmış xanəndə Elnarə  Abdullayevanın sonuncu oxuduğu mahnısının haqqını ödədiyini vurğulayıb:

 “Zəng etdi ki, karantin dövrüdür, vəziyyət pisdir. Şeirlərindən birinə  mahnı oxumuşam, sənə yüngülvari şirinlik etmək istəyirəm. Mən də zarafatla dedim ki,  verməsəniz  də olar, amma versəniz  lap yaxşı...  Məsələn, Baloğlan Əşrəfov mahnılarımı   ifa edir, Aşıq Telli şeirlərimi  səsləndirir.   Cabbar Musayev, Könül Kərimova yaxın günlərdə  birini  oxuyublar. Hər  ifa məni yaşadır. Sənətkarların, bəstəkarların, müğənnilərin şeirimə müraciət etmələri, yaradıcılığımı sevdiklərini göstərir. Onların sevgisi məni doyurur. Versələr alaram, şair adamam, amma, heç vaxt ummamışam.”

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu