Problemi internetdə əyləncəyə çevirirlər – Alman təcrübəsi zərurəti...

 “Seyirçilər çox vaxt yol-nəqliyyat, intihar hadisələrini çəkərək həmin dəhşətli görüntüləri sosial şəbəkələrdə yayırlar”

 “İnternetdə insan hüquqlarının pozulması halları artır”

“O fikirdə deyiləm ki,  Azərbaycan da Almaniyanın o təcrübəsini əxz etməlidir”




Bundestaq Cinayət Məcəlləsinə yol-nəqliyyat hadisələri qurbanlarının video və foto çəkilişlərinə görə maddə əlavə edib. Deputatların belə bir addım atmasına səbəb qəzaya düçar olan şəxslərin onlar barədə sosial şəbəkələrdə yayılan foto və videoçarxlarla bağlı çoxsaylı şikayətləri olub. Onlar məktublarında yazıblar ki, bir çox məsuliyyətsiz insan üçün başqasının problemi əyləncəyə çevrilib. Analoji hal Azərbaycanda da müşahidə olunur. Seyirçilər çox vaxt yol-nəqliyyat, intihar hadisələrini çəkərək həmin dəhşətli görüntüləri sosial şəbəkələrdə yayırlar.

Bu cür özbaşınalıqlar, təbii ki, təkcə qeyri-etik baxımdan deyil, həm də cinayət hadisəsi baxımından xarakterizə olunmalıdır. Qeyd edək informasiya texnologiyaları inkişaf etdikcə, sosial şəbəkələrdə, internet resurslarında, eləcə də onlayn mediada insan hüquqlarının pozulması halları artır.Artıq Almaniyada  belə hərəkətlərə yol verənlər yüksək məbləğdə cərimə və hətta iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. 
Görəsən, belə bir qanun layihəsinin Azərbaycanda da qəbul olunması nə dərəcədə realdır? 



Yol-nəqliyyat hadisələri qurbanlarının video və foto çəkilişlərinə görə Bundestaq Cinayət Məcəlləsinə əlavə edilən maddəni dəyərləndirən siyasi şərhçi, media eksperti Azər Həsrətin dediyinə görə,  Almaniya insanı öz hüquqlarına olduğu kimi başqalarının da hüquqlarına sayğılı yanaşmağı bacarır. Ona görə də almanlar dövlət qarşısında həvəslə və ürəklə belə məsələləri qaldırıb həllinə nail ola bilirlər: 

"Əlbəttə, bir insanın ictimai çəkisi yoxdursa və onun başına gələnlərin, o cümlədən də avtomobil qəzalarının cəmiyyət üçün ciddi əhəmiyyəti yoxdursa, elə insanlar özlərilə bağlı paylaşımlara qarşı çıxmaqda haqlıdırlar. Lakin ictimai əhəmiyyəti olan, cəmiyyətdə tanınan insanların başına belə hal gələrsə, onun ictimailəşdirilməsini əngəlləmək doğru olmazdı. İstənilən halda yol-nəqliyyat hadisəsi və ya bənzəri qəzaların ictimailəşdirilməsində bir qəbahət görmürəm. Lakin mən o fikirdə deyiləm ki,  Azərbaycan da Almaniyanın o təcrübəsini əxz etməlidir. Almaniya inkişaf etmiş Avropa ölkəsidir, lakin onların qəbul etdikləri qanunlar heç də hər zaman tam mükəmməl olmur".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu