“Dövlətin məqsədi insanları bu virusdan qorumaqdır”

İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər.

Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalı 10 korpusdan ibarətdir və burada 800 xəstəni qəbul etmək üçün hər cür imkan var. Modul tipli hospitalda yaradılan şərait müalicə işi ilə yanaşı, laborator müayinələri də qısa müddətə və keyfiyyətlə aparmağa imkan verir.

Belə modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayır.


Koronavirusla mübarizə sahəsində  görülən işlərlə bağlı "Sherg.az"a danışan həkim Allahverdi Alıyev deyib ki, dövlətin əsas məqsədi insanlarımızı, onların sağlamlığını, həyatını bu xəstəlikdən qorumaqdır. O, Azərbaycan dövlətinin koronavirus pandemiyasının yayıldığı ilk günlərdən onunla mübarizə istiqamətində atdığı çox mühüm addımlar sırasında modul tipli xəstəxanaların yaradılmasının xüsusi əhəmiyyət daşıdığını deyib. 
Həkimin sözlərinə görə,  Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanıldı ki, onlardan da bir neçəsinin artıq açılışı olub. Xəstəxanaların tez bir zamanda inşa edilməsi göstərir ki, biz hətta seytnot vəziyyətdə lazımi addımları ata bilərik:

 "Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi məqsədi ilə quraşdırılan modul tipli xəstəxanalarda koronavirusa yoluxmuş xəstələrin qəbulu və müalicəsi üçün hər cür şərait yaradılıb. Müasir avadanlıqlar  quraşdırılıb. Bütün bu addımların atılmasında  
əsas məqsəd insanları bu xəstəlikdən qorumaq, onların həyatını xilas etməkdir. 
Bu məqsədlə görülən qabaqlayıcı  tədbirlər, insanlara göstərilən dövlət dəstəyi buna əyani sübutdur.  Azərbaycan dünyada nadir ölkələrdəndir ki, pandemiyaya yoluxan xəstələr tibbi müəssisələrdə müalicə alır. Azərbaycanın fədakar tibb işçiləri xəstələrə çox yüksək səviyyədə xidmət edirlər. Onların sağalıb yenidən  evlərinə qayıtmaları üçün bütün qüvvələrini sərf edirlər". 

Azərbaycan cəmiyyətinin məsuliyyətli və nizam-intizamlı olduğunu vurğulayan  A. Alıyevin sözlərinə görə, hər bir vətəndaş öz sağlamlığını qorumalıdır. Bunun üçün vacib olan qayda və qanunlara  riayət etməli, özünü və ətrafındakıları qorumalıdır.  Bir məsuliyyətsiz vətəndaş yüz nəfəri yoluxdura bilir, onların və özünün həyatını risk altına ata bilir.

Hökumətin koronavirusla mübarizə sahəsində həyata keçirdiyi  strategiyanın mükəmməliyinə toxunan həkim diqqətə çatdırıb ki, Azərbaycan dövləti 
tərəddüdsüz insanların sağlamlığını prioritet elan etdi və heç bir sosial layihə təxirə salınmadı, ixtisarlar olmadı: 

" Məhdudlaşdırıcı tədbirlərin görülməsi ilə bağlı addımlar vəziyyətə uyğun şəkildə atılır. Ən önəmlisi isə odur ki,  Azərbaycan   bu çətin zamanda təkcə  öz problemlərini həll etmir, başqa dövlətlərə də yardım göstərir. Həmrəyliyi sözdə yox, əməldə göstərən 
Azərbaycan bu günə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu