Abıyeva yenə sükutu pozdu: “Mənim üçün sponsor iki vur ikidir”

Zaman-zaman istər videoları, istərsə də açıqlamaları  ilə müzakirələrə səbəb olan tanınmış aktrisa Pərvin Abıyeva şəxsi həyatı haqqında sualları cavablandırıb. Bir müddət öncə eşq həyatı ilə gündəmə gələn məşhur bu barədə rəsmi İnstaqram səhifəsində canlı yayımda danışıb.
“Sherg.az” xəbər verir ki, aktrisa həyatında yeni birinin olduğunu  vurğulayıb. O  işdən qovulan polis sevgilisi haqqında da bunları söyləyib:

“Mənlə sevgili  olan oğlanlar hamısı yox, biri işdən qovulub, o da öz səhvi ucbatındandır.  Mən nə ad günündəki tortu sifariş vermişdim, nə də videoları paylaşıb, saytlara göndərmişdim. İnsan  əvvəlcədən düşünüb,  bilməlidir ki, kiminlə  bir yerdədir. Məşhurla sevgilisənsə və tanınmağını istərmisənsə,  rahat davranmamalısan .  Ya da arxasında durmalısan, hər şeyi qızın üstünə atmaq  lazım deyil.  Bu cür axmaq-axmaq  söhbətlərə son verin.  Susuramsa, abrımdandır, hamının sualına cavab vermirəm. Həmin söhbət uzun müddətdir, davam edir. Çox mənasız,məntiqsiz yerə gedir. Yadınızda saxlayın münasibətin təməlini kişi qurur və  necə qoyuldusa elə də davam edir”.

Aktrisa izləyicilərindən birinin “Paqonlu oğlan yazıq oldu”  sözlərinə belə reaksiya verib:
“Birincisi yazıq deyil, ikincisi öz səhvidir, üçüncüsü də artıq işinə qayıdıb.  Ona görə narahat olmayın.”
Canlı yayıma davam edən P.Abıyeva  sensasiya yaradan açıqlamaları ilə diqqət çəkib. O pərəstişkarının  yazdığı “ Pərvin xanım, hamı elə bilir ki,  münasibət qurmaq üşün kimisə axtarırsınız. Halbuki, Azərbaycanda yaşayırıq və kişilərin 90 faizi sizi bəyənir. Bunların hamısı gülməli görünür” mesajını cavabsız qoymayıb:

“Bəli,  çox gözəl vurğuladınız. Özümə kişi axtarmıram, ətrafımda  yetərincə var. Kasıb, pullu hər tip insan mövcuddur. Belə bir məqamda seçim mənə düşür. Onlar  seçə bilməz. Ona görə də xahiş edirəm özünə sponsor axtarır kimi cümlələr qurmayın. İnanın, mənim üçün sponsor iki vur ikidir. Bu günə qədər münasibətdə olduğum heç bir oğlan deyə bilməz ki, Pərvin üçün nə isə etmişəm, pul xərcləmişəm. Qeyri mümkündür, deyirəm başımla da cavabdehəm. Sadəcə kənardan elə görsənir..”

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu