“Kənd təsərrüfatının inkişafı üçün mövsümi əlverişlilik var”

Ötənlərdə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Dövlət başçısı vacib məqamlara toxunub.  Ölkə lideri koronavirus pandemiyası ilə əlaqədar iqtisadiyyatın tənəzzülə uğramasına baxmayaraq, bəzi sahələrdə inkişaf müşahidə olunduğunu qeyd edib: 
“Məsələn son ayların nəticələrinə əsasən, kənd təsərrüfatındakı 3 faizdən çox artım, habelə qeyri-neft sektorundakı 16 faiz artım bunu sübut edir. 

 Qeyd edilən faktlarla bağlı “Sherg.az”a danışan iqtisadçı-ekspert Fuad İbrahimovun fikrincə, bunu normal qarşılamaq lazımdır: 



“Bildiyiniz kimi, kənd təsərrüfatının inkişafı üçün mövsümi əlverişlilik var. Odur ki, artım olmalı idi. Mövcud şərait buna zəmin yaradırdı. Qeyri-neft sektorunun inkişafını təmin edən isə bu istiqamətdə qəbul edilən proqramlardır. Həmin proqramların hər biri iqtisadiyyatdakı tarazlılığı təmin etməyə hesablanıb”. 

Ekspert, həmçinin gələcəklə bağlı proqnozlarını da verdi: 

“İlin sonuna doğru dünya iqtisadiyyatında azalmalar, sıxılmalar müşahidə olunacaq. Azalmalar Azərbaycana təsirsiz ötüşməyəcək. Bu, iqtisadiyyatımızda hansısa çatışmazlığın olması demək deyil. Sadəcə pandemiyanın təbii fəsadlarıdır”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu