Paytaxt sakinləri pandemiyadan necə qorunur? – "Mən sağlamam !" - Sorğu + Fotolar !

Son aylar dünyanı cənginə almış koronavirus pandemiyası Azərbaycanda da təsir dairəsini genişləndirməyə başlayıb.  Bu mənada ölkəmizdə əhalinin sağlamlığının qorunması, insanlara dünya standartlarına uyğun tibbi yardımların göstərilməsi prioritet məsələlərə çevrilib.

Bir sözlə Azərbaycanda koronavirusa qarşı müvafiq  profilaktik tədbirlər gücləndirilib. Bununla yanaşı, koronavirus təhlükəsi hər kəsi təşvişə salıb. Son günlər yoluxmaların sayının artması isə emosiaları daha da gərginləşdirir. 

Biz də “Sherg.az” olaraq vəziyyəti nəzərə alıb, paytaxt küçələrində əhalinin müxtəlif təbəqələri arasında “Pandemiyadan necə qorunursunuz?” sualı ilə sorğu keçirdik. 

Tibb bacısı Aygün Vəliyeva bildirib:   

“Koronavirus adətən hava, damcı yolu ilə keçir. Ona görə də mütləq maskadan istifadə olunmalı, əllər sabunla yuyulur, dezinfeksiya olunur. Temperatur, ishal, qusma, tənginəfəslik, əzələlərdə ağrı, yorğunluq  bu xəstəliyin əlamətləridir.  Asqıran, öskürən insanlar maska taxmalıdırlar. Lakin bir neçə gün əvvəl sərnişindaşımada bu vəziyyətin tam əksi ilə qarşılaşdım. Niyə maska taxmırsınız sualını verdim? Qəribə cavabla qarşılaşdım.” Kirlənməsin deyə taxmıram. Mən sağlamam” deyənlər oldu. Hazırki dövrdə kimsə deyə bilməz ki, mən virusa yoluxmamışam, sağlamam. Xəstəliyin gizli dövrü olur. İnsan bu xəstəliyi yüngül qrip kimi də keçirə bilər. Özüylə bərabər 20 nəfərə yoluxdurur. 20 nəfərdən 3-ü ağır şəkildə keçirir. Həm özümüzü, həm də ətrafımızdakı insanları qorumalıyıq”.



Tələbə Semra Ələkbərova söyləyib:

“Hara gedirəmsə, maskadan istifadə edirəm. 7/ 24 spirt çatamda olur. Avtobusa minəndə əlcək də taxıram. Amma bacardığım qədər taksiylə gedib-gəlməyə çalışıram”. 

Psixoloq Sevda Xəlilova qeyd edib:

“Koronavirusu həyatımızın mərkəzində tutmaq düzgün deyil. Biz öz nikbinliyimizi qorumalıyıq. Nə qədər qorxuruqsa, bir o qədər yoluxma ehtimalımız artır. Qorxu yaşayan insanların immunitet sistemi aşağı düşür. İmmunitet sistemi aşağı düşən insan istənilən xəstəliyə yoluxa bilər. Qorxu koronavirusdan daha öldürücüdür. Bu müddətindən səmərəli istifadə etməli, sağlam şəkildə keçirmək, gigiyena qaydalarına əməl etmək lazımdır. Evdə qalmaq, bir qədər istirahət etmək, ailə üzvlərimizlə vaxt keçirmək, uzun zamandır istədiyimiz filmləri izləmək, kitablar oxumaq bizi bu bəladan daha çox uzaqlaşdıracaq”.



Paytaxt sakini Çingiz Abbasov:

“Sağlamlığımı qorumaq üçün idmanla məşğul oluram, immunitetimi gücləndirirəm. Sosial məsafəni saxlamağa, maska taxmağa, gigiyena qaydalarına riayət etməyə çalışıram”. 



Paytaxt sakini Gülçin Mahmudlu:
“Qaydalara bacardığım qədər əməl edirəm. Evdə və ya işdə olanda əlimi tez-tez sabunla yuyuram.  Evdə təmizlik işləri aparıram. Maska taxmalı, sosial məsafə saxlanmalı deyilsə də sərnişindaşımada bu qaydalara riayət olunmur. Heç kəs sosial məsafə saxlamır və bu, virusa yoluxanların sayının artmasına səbəb olur”.

Paylaş

Bizi Facebookda izləyin
Fidan Həbibli Yazarın yazıları
menu
menu