“Sağlamlığın müdafiəsi işi ÜST-nin təcrübəsinə söykənməlidir”

“Bu, müasirlik və inkişaf deməkdir”

“Ona görə də ÜST –nin ölkəmiz haqqında səsləndirdiyi fikirlər təqdirəlayiqdir”


Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində ölkədə hazırkı vəziyyət, koronavirusla mübarizə sahəsində görülən işlər, Azərbaycanın daxili və xarici siyasət məsələləri ilə bağlı mühüm məqamlara toxunub. Ölkə başçısı bir çox prinsipial məsələlərə dair qəti mövqeyini ifadə edib.
Prezident qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı(ÜST) Azərbaycanda görülmüş işlərə yüksək qiymət verib:

“Azərbaycan ÜST-ni beynəlxalq arenada da dəstəkləyir, ona maliyyə yardımı göstərir. ÜST-ün nümayəndəliyi Azərbaycanda çox fəal iş aparır və bu xəstəliyin yayılmaması üçün əməli addımlar atır. Pandemiyadan sonra da Azərbaycan ÜST-lə əməkdaşlığını uğurla davam etdirəcək”.

ÜST ilə münasibətlərimizin vacib olduğunu deyən tanınmış həkim-psixoterapevt Əli Nağıyev “Sherg.az”a açıqlamasında bildirib ki, hər birimiz ÜST-nin elmi və müasir dəyərlərə söykənən nəticələrinə güvənərək bunun üzərində sağlamlıq işini qurmalıyıq:

“Dövlətimizin qurduğu sağlamlığın müdafiəsi işi mütləq ÜST-nin  təcrübəsinə söykənməlidir. Bu, müasirlik və inkişaf deməkdir. Ona görə də ÜST –nin ölkəmiz haqqında səsləndirdiyi fikirlər təqdirəlayiqdir.
Bəzən vətəndaşlarımız şikayət edir ki, “niyə bəzi dövlətlərdə karantin rejimi yoxdur, amma bizdə var”. Lakin xatırlayaq ki, karantin rejiminin yumuşaldığı günləri də gördük. Nəticədə məsuliyyətsizliyimizdən dolayı yoluxmaların sayı sürətlə artmağa başladı. Elə dövlətlər var ki, orada yaşayan vətəndaşlara məcburi qaydalara əməl etməyə ehtiyac olmur.

Təəssüf ki, vətəndaşlarımız məsuliyyətsizlik nümayiş etdirdilər deyə, karantin qaydaları sərətləşdirildi. Təbii ki, hər birimiz bunu anlayışla qarşılamalıyıq”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu