Ronaldu Messinin rekordunu təkrarladı

“Yuventus”un portuqaliyalı hücumçusu Kriştianu Ronaldu 2007-2008-ci illər mövsümündən başlayaraq 10-cu dəfə bir çempionat ərzində 25-dən artıq qol vurub.
Bu barədə Gazeta.ru yazıb.
Hücumçu İtaliya çempionatının 31-ci turunda “Milan”la oyunda fərqlənib. Hazırkı mövsümdə portuqaliyalı A seriyasında artıq 26 qol vurub. Ümumilikdə, Ronaldu bu mövsüm “Yuventus” forması ilə çıxdığı 39 qarşılaşmada isə 30 qol vurub və yeddi məhsuldar ötürmə edib.
Beləliklə, K.Ronaldu ardıcıl 10-cu dəfə mövsüm ərzində 25-dən artıq qol vurub ki, buna qədər sözügedən rekord “Barselona”nın argentinalı ulduzu Lionel Messiyə məxsus idi.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu