Sağlamlığa təhlükə ! - Kərə yağı adı ilə saxta yağ satılır – Ölüm saçır ! 

“Maşının yük yerində qoyulub satılan yağların tərkibi, əlbəttə, müəmmalıdır”

“Üzərində etiket və qablaşdırılması olmayan məhsullar alınmamalıdır”


Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bərdə rayonu, Güloğlular kəndində saxta kərə yağı aşkarlayıb.  Hadisə kəndin “Təzə Bazar” ərazisində Lada VAZ 21015 markalı minik avtomobilinin yük yerinə baxış zamanı qeydə alınıb. Məlum olub ki, baytarlıq ekspertizasından keçməmiş, texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan, çəkisi 260 kiloqram olan kərə yağı (nehrə yağı) adı altında bitki yağının satışının həyata keçirilir.

Reyd zamanı yağın fiziki şəxs Babayeva Gülxatın Əli qızına məxsus olduğu müəyyən edilib.
Məhsuldan götürülən nümunələr müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Analizin nəticələrinə görə yağın bitki mənşəli yağ olduğu və mikrobioloji çirklənməyə məruz qaldığı aşkarlanıb.

Vəziyyəti “Sherg.az”a dəyərləndirən qida təhlükəsizliyi üzrə ekspert Elsevər Fərzəliyev bildirib ki, əhalinin sağlamlığna təhlükə törədən bütün hallar yolverilməzdir. Ekspert bildirib ki, baş verən hadisədə məhsulun texniki normativ hüquqi akt tələbləri yerində deyil:



“Yağlar üç atomlu step qliserin və yağ turşularından ibarətdir. Yağlar həmçinin insan orqanizmində ən birinci enerji balansını təmin edir. Çünki 1 qram yağ maddələr mübadiləsinin metobolizmi üçün enerji ayırır. Bu 9 kaloriyə bərabərdir.  Şəkərlər, karbohidratlar və zülallarla müqayisədə  yağlar insan orqanizmini 2 dəfədən çox enerji balansı ilə təminatlandırır.

Bərdədə satılan yağların mənşəyi bəlli deyil. Belə məhsulların satışı yolverilməzdir. Maşının yük yerində qoyulub satılan yağların tərkibi, əlbəttə, müəmmalıdır”.

E.Fərzəliyev qeyd edib ki, istehlakçıların maarifləndirilməsi də vacibdir:

“Üzərində etiket və qablaşdırılması olmayan məhsullar alınmamalıdır. Əhali bunu dərk etməlidir. Hazırda bazar iqtisadiyyatı mərhələsindəyik. Alınmayan məhsulları gətirib yenidən bazarda satmırlar.

Birmənalı olaraq sənaye miqyası istehsalat prosesində qablaşdırılmış məhsulların hamısının üzərində müəssisənin adı, istehsal tarixi və son istifadə müddətdi, məhsulun hansı rejimlərdə saxlanması qeyd olunur. Hətta bəzi məhsulların tərkibi  yazılır. Ona görə də istehlakçıların maksimum diqqətli olması vacibdir.

Əhalinin aldadılması ilə nəticələnən hallara imkan vermək lazım deyil. Bu işdə QTA-nın fəaliyyəti müsbət dəyərləndirilməlidir. Həmçinin digər aidiyyəti orqanlar prosesə müdaxilə etməlidirlər. Bu işi həyata keçirən insanlar mütləq ağır məsuliyyətə cəlb olunmalıdır”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu