“Azərbaycan həmsədrlərdən konkret mövqe tələb edir”

“Başqa bir mühüm ismarıc isə ondan ibarət idi ki , danışıqların imitasiyası mümkün deyil”

“Çünki öz torpaqlarının daha artıq işğal altında qalmasnı qəbul edə bilməz”
       

İyul ayının 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər. 10 korpusdan ibarət olan hospitalda 800 xəstəni qəbul etmək üçün hər cür imkan var.

Modul tipli hospitalda yaradılan şərait müalicə işi ilə yanaşı, laborator müayinələri də qısa müddətə və keyfiyyətlə aparmağa imkan verir. Belə modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayır.
Qeyd edək ki, açılışda iştirak edən ölkə başçısı yerli televiziya kanallarımıza verdiyi müsahibəsində bir sıra ciddi və aktual məsələlərə  toxunub.



Modul tiplu xəstəxanaların açılmasını olduqca əhəmiyyətli və aktual hadisə kimi dəyərləndirən millət vəkili Hikmət Babaoğlunun "Sherg.az"a açıqlamasına görə, yeni müəssisə də digərləri kimi ümummilli təhlükəsizliyimizə xidmət edəcək. Koronovirus pandemiyasına qarşı  mübarizəni Azərbaycan dövlətinin və xalqının birlikdə verdiyi mücadilə kimi dəyərləndirən millət vəkili deyib ki, açılışda prezidentin toxunduğu əsas məsələlərdən biri Azərbaycanın bu və ya digər məsələlərlə bağlı qurduğu beynəlxalq əməkdaşlıq ,ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolu ilə bağlıdır: 

"Ölkə başçısı eyni zamanda  strateji məsələ olan Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı fikir  səsləndirib, olduqca ciddi mesaj verib.  Bir daha aydın oldu ki, problemi həll etmək üçün BMT Təhlükəsizlik Şurasından xüsusi mandat almış ATƏT-in Minsk qrupu və onun həmsədrləri problemin həlli üçün lazımı səylər göstərməyiblər və ona görə də bu günə qədər problem həll edilməmiş qalır . 

Minsk Qrupunun xüsusi müşahidə missiyası işğalçı ölkənun qeyri –qanuni məskunlaşma aparmaq siyasətinə göz yumur, belə faktları hazırladıqları hesabata salmırlar. Ona görə Azərbaycan Prezidenti bildirdi ki, ATƏT-in axırıncı faktaraşdırıcı missiyası işğal olunmuş torpaqlarda 10 il bundan əvvəl olub. Son bir neçə il ərzində biz onlara təkidlə deyirik ki, yeni missiya getməlidir.

Bu 10 il ərzində Ermənistan Suriyadan və başqa yerlərdən erməniləri oraya gətirib, onları zorla saxlayır. Bizim şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. Yəni, sabah deyəcək ki, bu, erməni torpağıdır. Dəfələrlə demişik onlara, amma reaksiya var? Yox! Yəni,10 il ərzində faktaraşdırıcı missiyanı göndərmək olmaz? İstəmirlər. Düşünürəm ki , Azərbaycan Prezidentinin səsləndirdiyi bu fikirlər əslində Ermənistana xəbərdarlıq olmaqla ATƏT-in Minsk Qrupuna da öz vəzifələrini yerinə yetirmələri üçün bir çağırışdır və hər iki tərəf bu məsələni ciddiyə almalıdır !

Başqa bir mühüm ismarıc isə ondan ibarət idi ki , danışıqların imitasiya edilməsi artıq mümkün deyil , Azərbaycan artıq konkret mövqe tələb edir. Çünki öz torpaqlarının daha artıq işğal altında qalmasnı qəbul edə bilməz. Bu məsələyə toxunan Prezident İlham Əliyev bildirdi ki , Ermənistanın baş naziri deyir “Qarabağ Ermənistandır”.

Buna mən  lazımi cavab verirəm. Amma Minsk qrupu niyə buna cavab vermir? Niyə demir ki bu ifadə, əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Minsk qrupunun həmsədrləri buna adekvat reaksiya veriblər? Verməyiblər! Ermənistan tərəfi iki ildir danışıqların formatını dəyişmək istəyir və bəyan edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası liderləri ilə danışıqlar aparmalıdır. Buna adekvat cavab verilir? Verilmir! Bəli, bəzi mücərrəd sözlərlə, nala-mıxa vurmaqla cavab verilir. Axı, o dövr keçibdir. Biz aydınlıq tələb edirik. Bu fikirlərdəki əsas məzmun "nala –mıxa" vurmaq dövrünün artıq arxada qalması ilə bağlı olan fikirdir. Azərbaycan artıq aydınlıq tələb edir. Doğuradan da Minsk Qrupu məsləyə aydınlıq gətirib konkret mövqe oratya qoymalıdır . Belə loyallıq və qeyri müəyyənlik çox da davam edə bilməz .

Ona görə də Azərbaycan Prezidentinin səsləndirdiyi haqlı, beynəlxalq hüquqa əsaslanan fikirlərə Minsk Qrupu cavab verib öz mövqeyini izah etməli, nə üçün problemin bu günədək həll edilmədiyinə aydınlıq gətirməlidir .Axı 1994-cü ildə Atəşkəslə bağlı razılıq əldə edilərkən əsas şərt o idi ki , Minsk Qrupu sülh yolu ilə problemin həllinə nail olmağa çalışacaq.

İndi ya bu problem nəhayət sülh yolu ilə həll edilməli ya da Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üşün digər məqbul variantlara əl atmalıdır .Ona görə də Azərbaycan Prezidenti bir daha Aprel döyüşlərini xatırlatmaqla milli ordumuzun nəyə qadir olduğunu yada salmış oldu. Prezident bir daha bildirdi ki , biz haqlı olmağımızı həm beynəlxalq arenalarda göstərmişik, həm də döyüş meydanında və heç kimin Aprel döyüşləri yadından çıxmasın!

Düşünürəm ki , Minsk Qrupu vəziyyət daha da gərginləşmədən öz missiyasını yerinə yetirməklə bağlı konkret addımlar atmalı , səsləndirilən fikirlərə tezliklə öz münasibətini bildirməlidir".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu