“Rusiya silahları sülh imkanlarını tükədir” – Sensasion açıqlama

“Rəsmi Bakı danışıqlardan imtina edə bilər”

“Kreml Qarabağ danışıqlarının beynəlxalq hüquq normaları çərçivəsində həllinə imkan verməyəcək”

“Azərbaycan yalnız güc yolu ilə nəticəni dəyişə bilər. Rəsmi Bakının atdığı addımlar bu istiqamətdə olmalıdır”




“Dövlət başçısı İlham Əliyev Qarabağ danışıqlarından narazı olduğunu, xarici işlər nazirlərinin məlum videodanışıqlarını səmərəsiz olduğunu vurğuladı”. 
Bunu “Sherg.az”a açıqlamasında Cənubi Qafqaz Sülh və Münaqişə İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib. 
Ekspet bildirib ki, Ermənistanın işğalçı siyasətini davam etdirməsi, Rusiyanın bu ölkəyə göndərdiyi silahlar sülh imkanlarını tükədir: 

“Cənubi Qafqazda geosiyasi situasiyanın yaxın prespektivdə gərginləşməsi gözlənilir. Aparılan danışıqlarda müsbət nəticənin hasil olmamasının səbəbi İrəvan-Moskva tandeminin ortaya qoyduğu mövqedən asılıdır.

Azərbaycan və Ermənistan arasında rabitə xəttinin olması təklifi mənasızdır. Bu rabitə xətti Ermənistana lazımdır ki, mövcud vəziyyəti uzatsın. Minsk Qrupunun həmsdərləri də bu xəttin işlək olmasında maraqlıdır. Azərbaycan tərəfi buna razılıq verəndə müsbət dinamika gözləyirdi.



Ancaq İrəvan əksinə hərəkət etdi və baş nazir Nikol Paşinyan qeyri-konstruktiv təkliflər irəli sürdü. Rusiyanın Ermənistanda təsiri güclü olduğu üçün bu danışıqlar Ermənistanla mənasızdır. Paşinyan ölkəsində nə Rusiyanın təsirini zəiflədə bilir, nə də ona bağlı olan siyasi qrupların təzyiqinə tab gətirir. Ona görə də Minsk Qrupu formatında aparılan danışıqlar imitasiyadır. 

Prezident mövqeyində haqlıdır və reallıqları qeyd etməklə, bir növ hərbi ritorikaya üstünlük veriləcəyini mesajını verdi. Aprel döyüşlərini xatırlamaqla buna ehyam vurdu”.

Siyasi şərhçi bildirib ki, Prezidentin çıxışından belə qənaət hasil olur ki, dövlət başçısı bundan sonrakı danışıqlarda müsbət nəticə gözləmir: 
“Proses elə vəziyyətə gəlib ki, rəsmi Bakı danışıqlardan imtina etmək qərarına gələ bilər. Görünür, Rusiya Qarabağ konfliktinin həllini mümkün qədər imkan vermir. Hazırkı mərhələ Moskvadan idarə olunur. Kreml Qarabağ danışıqlarının beynəlxalq hüquq normaları çərçivəsində həllinə imkan verməyəcək. Azərbaycan yalnız güc yolu ilə nəticəni dəyişə bilər. Rəsmi Bakının atdığı addımlar bu istiqamətdə olmalıdır”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu