AzTV-nin koronavirusa yoluxan əməkdaşlarından YENİ XƏBƏR

“AzTV-nin COVID-19-a yoluxmuş əməkdaşlarının vəziyyəti hazırda yaxşıdır”.
APA-nın məlumatına görə, bu barədə AzTV-nin məlumatında bildirilir. Qeyd edilib ki, onların hər biri ilə əlaqə yaradılır, vəziyyətləri, səhhətləri ilə maraqlanılır, hər hansı ehtiyaclarının olub-olmadığı öyrənilir: “Əməkdaşlarımızdan bəziləri artıq sağalaraq evə buraxılıb, bəzilərinin isə müalicəsi davam etdirilir”.
Məlumatda həmçinin bildirilib ki, AzTV-nin koronavirusa yoluxmuş aparıcısı Ülfət Rəhim də sağalıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu