İstirahət mərkəzi sahiblərinə XƏBƏRDARLIQ 

İsmayıllıda istirahət mərkəzlərinin sahiblərinə xəbərdarlıq edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az -a verilən məlumata görə, polis əməkdaşları rayon ərazisində yerləşən istirahət mərkəzlərinə baş çəkib, həmin obyektlərin sahibləri ilə maarifləndirici söhbətlər aparıblar. Operativ Qərargahın tələb və tövsiyələrinə istirahət mərkəzlərində də ciddi riayət edilməsinin vacibliyi həmin sahibkarların diqqətinə çatdırılıb. İnsanların bir yerə toplaşmasının qarşısının alınması, qapalı məkanlarda tibbi maskalardan istifadə edilməsi, eləcə də digər sosial izolyasiya qaydalarının təmin olunmasının zəruriliyi onlara bildirilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu