İranda yeni parlamentin deputatları koronavirusa yoluxdular

İranda Urmiyadan olan millət vəkili Vəhid Cəlalzadənin koronavirusa yoluxması ilə bağlı xəbərlər yayıldıqdan sonra 11-ci çağırış parlamentdə virusa yoluxan millət vəkillərinin sayı ən azı altı nəfərə çatıb.
“Fars” xəbər agentliyi çərşənbə günü deputat Vəhid Cəlalzadənin karantinə yerləşdirilməsi barədə məlumat yayıb.

Bundan əvvəl İran Parlamentinin Rəyasət Heyətinin sözçüsü Məhəmməd Hüseyn Fərhəngi 100-dən çox deputatın koronavirus testindən keçdiyini və onlardan təxminən yeddi nəfərin analizinin nəticəsinin müsbət çıxdığını bildirib.

Yeddinci şəxsin kimliyi isə hələlik məlum deyil. 

Daha əvvəl “Tabnak” saytı Kirmandan olan millət vəkili Məhəmməd Mehdi Zahedinin koronavirusa yoluxan ilk millət vəkili olaraq tənəffüs problemləri səbəbindən bir müddət reanimasiyaya yerləşdirildiyini və hazırda evdə müalicə aldığını yazmışdı.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu