Tarix Əliyev Türkiyədəki istirahətinə haqq qazandırdı


Son günlər sosial şəbəkələrdə şou əhlinin bəzi nümayəndələrinin  Türkiyəyə istirahətə getmələri müzakirələrə səbəb olub. Əvvəlcə Miri Yusif, indi isə prodüser Tarix Əliyev qardaş ölkəyə üz tutub. Yayın istisində evdə qalan, səbri tükənmiş vətəndaşlar məsələyə sərt reaksiya verib. Miri Yusif tənqidləri cavabsız qoysa da,  Tolik iradlar qarşısında səssiz qalmayıb.

“Sherg.az”  xəbər verir ki, prodüser bu barədə sosial şəbəkə hesabında danışıb. O etirazını belə bildirib:

“Dünəndən bəzi Feysbuk səhifələri Türkiyəyə gəlməyimi paylaşıb, qeyri-adi xəbər kimi yayımlayırlar. Qeyd edim ki, istənilən Azərbaycan vətəndaşı “Azal”ın saytından  sərbəst şəkildə İstanbula təyyarə bileti ala bilər. Onlardan biri də mən, biletimi almışam, Covid-19 analizindən keçmişəm, gəlmişəm. Niyə belə şişirdirsiniz? Amerika deyil ki, yollar bağlı olsun. Ağzınıza nə gəldi yazmayın! Düzdür, bəziləri düşünür ki, Türkiyəyə uçuş yoxdur. Amma bunu bilmək elə də çətin deyil, “Azal”ın saytına daxil olaraq öyrənmək mümkündür “

Qeyd edək ki, 29 iyun tarixindən etibarən Azərbaycan və Türkiyə  hava yolları Bakı-İstanbul-Bakı və İstanbul-Bakı-İstanbul istiqaməti üzrə  həftədə iki dəfə çarter reyslər həyata keçirir. Lakin uçuşdan 48 saat öncə Covid-19 analizi vermək əsas şərtdir.

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu