Rusiyada COVID-19-a yoluxanların sayı 707 301 nəfərə çatdı

Rusiyada son sutka ərzində daha 6509 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 707 301 nəfərə çatıb.
Son sutka ərzində 176 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 10 643 nəfərə çatıb.
Xəstəlikdən sağalanların sayı 481 316 nəfərdir.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu