Oyuna son qoyulmalıdır ! - “ATƏT “vaxt öldürür”” 

Bir müddət öncə, Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Ölkə başçısı çıxışında taleyüklü məsələlər haqqında danışıb. Dövlət rəhbəri ATƏT-in Minsk Qrupunun səmərəsiz fəaliyyətindən də söz açıb: “
“ATƏT-dən daha konkret bəyanatlar gözləyirəm. Bu qurum Ermənistanın “Qarabağ Ermənistanındır” ifadəsinə səssiz qalmamalı, reaksiya verməlidir”. 

ATƏT-in fəaliyyətini “Sherg.az”a şərh edən Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bu qurumun sadəcə “baş aldatdığı” fikrindədir: 
“ATƏT indiyə kimi heç bir iş görməyib. İllərdir ki, nə onun yarıtmaz fəaliyyəti dəyişib, nə də bizim ona münasibətimiz. ATƏT sadəcə “vaxt öldürür”. Və beləliklə, “baş aldadır”. Oyuna artıq son qoyulmalıdır”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu