Milli Şuranın videokonfransı, yoxsa gülünc iddialar platforması...?!

Milli Şuranın videokonfransında Əli Kərimli Rahim Hacıyev tərəfindən  “zəmanəmizin Rəsulzadəsi” elan edilib. Bu iddia böyük ironiya doğuraraq Cəmil Həsənlinin və Vidadi Mirkamalın etirazına səbəb olub. Qənimət Zahidin AXCP-yə və Milli Şuraya dividendlər qazandırdığı digər məsələlər də ifşa olunur. Videokonfransda  müzakirə olunan məsələlərə münasibət bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı “Sherg.az”a açıqlamasında təəssüf hissi ilə bildirib ki, dövlətimizin qurulmasında müstəsna xidmətləri olan, xalqımızın qüdrətli və siyasi lideri M.Ə.Rəsulzadəni Əli Kərimli ilə müqayisə edirlər. BAXCP sədrinin sözlərinə görə, Əli Kərimli yalnız Əliheydər Qarayevlə müqayisə oluna bilər:



“Bu gün cəmiyyətimizin böyük əksəriyyəti sosial şəbəkələrdə öz mövqeyini bildirir. Əksəriyyət bu olanları gülünc hesab edir. Əliheydər Qarayevin adını təsadüfən çəkmədim.

Onun tarixdəki rolu hər kəsə məlumdur. Rəsulzadənin qurduğu Demokratik Cümhuriyyətin işğalında onun böyük rolu olub. Ə.Qarayevin imzası ilə Azərbaycana rus qoşunlarının qaytarılması təşkil edilib.

Milli Şuranın 2013-cü ildə təsis olunmasını həyata keçirən Rusiya idi. Tarix təkrarlanır. Milli Şuranın yaradıcısı Rüstəm İbrahimbəyov idi. O, Milli Şuranın fəxri lideri hesab edilirdi. R.İbrahimbəyov Rusiyada sığınacaq tapıb. Rusiyanın iradəsi ilə Azərbaycanda hakimiyyəti ələ keçirmək niyyətində idi.

Bir neçə il öncə Milli Şura Rusiya Prezidenti Vladimir Putinə müraciət etmişdi. Əli Kərimlilər Putinə müraciətində Rüstəm İbrahimbəyovun prezident kimi namizəd olması üçün kömək istəyirdilər. Putini ən böyük demokrat adlandırırdılar. Bu baxımdan Əli Kərimli daha çox Əliheydər Qarayevə oxşayır.

Ə.Kərimli öz liderinə, gənc yaşlarında onu siyasi rəhbərliyə təyin etmiş Əbülfəz Elçibəyə ən böyük xəyanəti edənlərdən idi. Belə xəyanətkarın adını Rəsulzadə ilə yanaşı çəkmək gülüncdür. İnsan nə qədər qeyri-ciddi olar ki, belə bir ifadə səsləndirər”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu