ATƏT-in "şousu" davam edir ! - “Bu, düşmənin işğalçılıq siyasətinə kömək deməkdir”

Bir müddət əvvəl dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Ölkə başçısı vacib məsələlər haqqında danışıb. Həmçinin dövlət rəhbəri ATƏT-in Minsk Qrupunun fəaliyyətindən də söz açıb. O bildirib ki, bu qurum Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində başqa, daha konkret addımlar atmalıdır:

"Eyni zamanda “Qarabağ Ermənistandır” ifadəsinə Minsk Qrupunun səssiz qalmamalı, reaksiya verməlidir" 
 
ATƏT-in Minsk Qrupunun mövqeyi barədə “Sherg.az”a danışan millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin fikrincə, sözügedən təsisat sadəcə  oyun oynayır:

“ATƏT-in Minsk Qrupu öz mandatını yerinə yetirmir. Əslində təkcə Minsk Qrupu yox, ATƏT-in digər qurumları da bu mövqelərindən geri durmurlar. Onlar ancaq danışıqlar imitasiyasını dəstəkləyir və şou göstərirlər. Amma Ermənistanın ədalətsiz, beynəlxalq hüquqa uyğun olmayan hərəkətlərinə qarşı heç kim heç nə demir. Bu isə düşmənin işğalçılıq siyasətinə kömək deməkdir”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu