Nəzarət gücləndirilir ! - “Polis icazə sənədlərini yoxlayacaq”

Bakıda sərt karantin rejimi ilə əlaqədar postlar yenidən qurulur. Belə ki, Daxili işlər orqanlarının əməkdaşları və DİN-in Daxili Qoşunlarının hərbi qulluqçuları tərəfindən sərt karantin elan olunan ərazilərdə, yollarda, hətta məhəllədaxili hissələrdə nəzarət gücləndirilib.
Bəzi yerlərdə isə marşrut postları fəaliyyət göstərir. Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi iyulun 2-də ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla, küçə və prospektlərdə quraşdırılmış polis postlarını ləğv edib.

Əmək Hüquqları Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov isə "Sherg,az”a açıqlamasında sözügedən xəbərə aydınlıq gətirib. O bildirib ki, söhbət stasionar postların bərpasından yox, polis nəzarətinin gücləndirilməsindən gedir: 




"Polisin istənilən vaxt, istənilən ərazidə reyd keçirib, icazə sənədlərini yoxlamaq  səlahiyyəti var.  Haqlı olaraq, yolda hərəkət edən avtomobillərin, müxtəlif xidmət sahələrində, ictimai iaşə obyeklərində çalışan insanların rəsmi icazə kağızlarını, qoruyucu maskalardan istifadə edib-etmədiklərini yoxlayırlar.  Bunun da səbəbi insanların karantin qaydalarına əməl etməməsinə dair faktların geniş yayılmasıdır.

Əksəriyyət xidməti və ya SMS icazəsi olmadan avtomobillə hərəkət etməyin sərbəst olduğunu düşünür. Məhz bu cür sui- istifadə hallarının qarşısını almaq üçün də yollarda polis nəzarəti gücləndirilib".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu