“ABŞ-ın Ermənistana yardımı Rusiyanı qıcıqlandırır” – Paşinyan uduzacaq !  

“Rusiya-Ermənistan qarşıdurması bir qədər də şiddətlənək”

“Bütün bunlar Azərbaycan üçün növbəti şansdır ki, Qarabağ məsələsində yeni mərhələ başlansın”


ABŞ Dövlət Departamenti Ermənistan hökumətinə korrupsiya ilə mübarizə aparmaqda yardım edəcək. Amerika bu istiqamətdə mütəxəssis təyin etmək niyyətindədir.  Mütəxəssis Ermənistanın Ədliyyə Nazirliyi ilə əməkdaşlıq edəcək və islahlatların həyata keçirilməsinə kömək göstərəcək. ABŞ Dövlət Departamentindən bildirilib ki, sözügedən vəzifəyə yalnız ABŞ vətəndaşları namizəd ola bilər.

Amerikanın yardımını "Sherg.az"a şərh edən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev ABŞ-ın siyasi qərar verdiyini düşünür.
Analitikin qənaətincə, göndərilən mütəxəssis əslində Ermənistanda baş verən korrupsiyanın qarşısını ala bilməyəcək:



"Çünki keçmiş MDB ölkələrinin hamısında eyni sistem fəaliyyət göstərir. Həmin sistem kökündən dəyişdirilməlidir. Nə qədər ki, sovet dövründə doğulan kommunist təfəkkürlü insanlar hakimiyyətdə şəxsi maraqlarını güdəcəklər,  özlərini demokratlar kimi aparacaqlar o zamana kimi məsələ həll edilməyəcək".

C.Nuriyev vurğulayıb ki, ABŞ-ın Ermənistanda yardımında əsas məqsəd Rusiyanı qıcıqlandırmaqdır:

"Amma bunun Paşinyana xeyri olmayacaq. Əslində Rusiya-Ermənistan qarşıdurması bir qədər də artacaq. Hadisələrin gedişi ABŞ-ın planlaşdırdığı kimi olmaya bilər. Lakin Rusiyanın planlarının baş tutacağı daha realdır. Bütün bunlar Azərbaycan üçün növbəti şansdır ki, Qarabağ məsələsində yeni mərhələ başlansın”

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu