Rusiya beynəlxalq aviauçuşları bərpa etməyə hazırlaşır

Rusiya hökuməti iyulun 15-dən etibarən beynəlxalq uçuşları tədricən bərpa etmək haqqında qərar verib.
“RİA Novosti” xəbər verir ki, bu barədə Rusiya Baş Nazirinin müavini Tatyana Qolikova bu gün keçirdiyi brifinqdə açıqlama verib.
O qeyd edib ki, artıq olduqca uzun müddətdir Rusiyada koronavirus infeksiyasına yoluxma hallarının azalması müşahidə olunur:
“Aviauçuşlar hər 100 min nəfərinə görə 14 gündə, yəni inkubasiya dövründə COVID-19-a 40-dan çox yoluxma olmayan ölkələrlə bərpa olunacaq. Bu ölkələrdə orta sutkalıq yoluxma halı 1 faizi keçməməlidir”, - deyə Rusiya Baş Nazirinin müavini vurğulayıb.

O, həmçinin bildirib ki, aviaşirkətlər bununla bağlı araşdırma aparmalı və hansı ölkələrin bu meyarlara uyğun gəldiklərini müəyyənləşdirməlidirlər: “Aviauçuşlar qarşılıqlı əsaslarla tənzimlənəcək”.

Qolikova koronavirus testindən keçməmiş vətəndaşların ölkəyə gəlməsi halında onların neqativ nəticəsi çıxana qədər nəzarətdə saxlanılacaqlarını da əlavə edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu