Zidan: “VAR-dan istifadənin əleyhinəyəm”

Zinəddin Zidan La Liqanın 35-ci turunun “Real” - “Alaves” (2:0) matçında baş verənləri şərh edərkən, futbolda VAR sisteminə qarşı olduğunu bildirib.
Madrid klubunun baş məşqçisi bu barədə fikirlərini as.com saytına müsahibəsində deyib.
“VAR mübahisəli epizodlara aydınlıq gətirmək üçündür. İstərdim ki, VAR-dan istifadə olunmasın, amma ona ehtiyac yaranırsa, məcburuq ki, xidmətlərindən yararlanaq”, - deyə, Z.Zidan qeyd edib.

Xatırladaq ki, VAR sistemi 2016-cı ildən sınaqdan keçirilməyə başlanıb və artıq bir sıra çempionatlarda fəal şəkildə istifadə olunur.

Bizimlə əlaqə saxlayın

Paylaş

Bizi Facebookda izləyin
menu
menu