Şans hələ tamam itməyib

İmtahanların ləğv olunması qərarı çox səhv idi

Pandemiya ilə əlaqədar qəbul imtahanlarının təxirə salınması cəmiyyətdə ciddi narahatlıq doğurur. Sərt karantin tədbirlərinin uzadılması səbəbindən imtahan günlərinin qeyri-müəyyən tarixlərə təyin edilməsi abituriyentlərlə yanaşı valideynlər arasında da təşviş və psixoloji gərginlik yaradıb. İmtahan tarixləri tez- tez təxirə salındığı üçün əsəb-stres keçirən  abituriyentlər dərslərinə fokuslanıb, imtahana hazırlaşa bilmədiklərini deyirlər. Onsuz da “görəsən, qəbul ola biləcəyəmmi”, “Yüksək bal toplaya biləcəyəmmi” kimi suallar girdabında boğulan şagirdlər, indi də "COVİD-19 ilə əlaqədar imtahanlar ləvğ olunsa nə edəcəm?” "necə qəbul olacam?” kimi suallarla böyük stres altındadırlar.

Ölkənin təhsil sistemindəki qeyri-müəyyənlik və paradoksal vəziyyətin davam etməsindən şikayətlənən İlqar Hüseynli isə bütün məsuliyyəti aidiyyəti qurumların üzərinə atıb.

Onun sözlərinə görə, DİM və TN mövcud vəziyyətdə doğru və rasional qərar qəbul edə bilmir: "Ölkənin bir çox şəhər və rayonlarında 11-ci sinfi bitirən abituriyentlərin bir qismi buraxılış imtahanlarını versə də, böyük bir qismi prosesdən kənarda qalıb. Uşaqların psixoloji durumunu hər gün basqılayan və gərginləşdirən duruma son qoyulmalıdır.

Siz pandemiyanın az yoluxduğu dönəmdə imtahanların ləğv olunması qərarı ilə səhvə yol verdiniz və yaxşı şansı əldən verdiniz. Sonradan elan olunmuş tarixləri də ləğv etməniz doğru deyildi. Amma yenə də şans var. Bu məsələdə qonşu Türkiyə təcrübəsindən yararlanaraq  abituriyentlərin təşviş və narahatlığına son qoymaq olar". 

İ.Hüseynlinin fikrincə, bir gündə ölkənin qapalı stadionlarında, saraylarında, təhsil ocaqlarında karantin tələblərini qorumaqla, 4 saatlıq SMS icazəsi tətbiq etməklə imtahanları təşkil etmək olar:

"Yaxud da orta məktəblərdə 9,10,11-ci siniflərdə müvafiq fənlər üzrə son qiymətləri əsas kimi qəbul edib orta qiymət çıxarmaqla uşaqları buraxılış imtahanından azad edin ki, hamı ilə birlikdə dövlət universitetlərinə qəbul proqramına hazırlaşsınlar".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu