“Davamlı inkişaf indeksi üzrə inkişaf etmiş ölkələrlə rəqabət apara bilərik”

“Əldə edilən göstəricilər son deyil, bu göstəricilər növbəti mərhələdə daha yaxşı nəticələr əldə etmək üçün əsaslı bazadır" 


Azərbaycan BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşıb. 
“Davamlı inkişaf məqsədləri indeksi”nin mümkün 100 balından 72,6 bal toplayan Azərbaycanda Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar, müasir iqtisadi və sosial infrastrukturun formalaşdırılması ölkə iqtisadiyyatının sürətli inkişafını və onun rəqabətqabiliyyətinin yüksəlməsini təmin edib. 

Azərbaycanda həyata keçirilən sosial siyasətin nümunəvi xarakter daşıdığını vurğulayan millət vəkili  Hikmət Babaoğlunun sözlərinə görə, 2019-cu ildə reallaşdırılan sosial paketlər ölkə əhalisinin rifahının yüksəlməsinə mühüm təsir göstərib: 

" BMT-nin "Davamlı inkişaf məqsədləri indeksi" qlobal əhəmiyyətli bir  proqramdır və Azərbaycanın bu indeks üzrə 166 ölkə arasında 54-cü pillədə qərarlaşması bizim üçün qürurvericidir . 2015-ci ildə BMT Baş Asambleyasında  keçirilən liderlərin zirvə göüşündə müəyyən edilmiş məqsədlər 2030- cu ilə qədər ümumbəşəri məqsədlər və vəzifələr müəyyənləşdirir. Bu məqsədlər  isə üç əsas istiqaməti müəyyən edir ki , bunlar yoxsulluğun bütün formalarının aradan qaldırılması, bərabərsizliyə qarşı tədbirlərin görülməsi  və qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə səylərin birləşdirilməsidir . Artıq 5 ildir davam edən bu proqramda Azərbaycanın əldə etdiyi naliyyətlər ayrıca bir təcrübə təşkil edir və nümunəvidir. Birinci istiqamət yəni yoxsulluğun aradan qaldırılması daima ölkəmizə həyata keçirilən sosial siyasətin prioritelərindən birini təşkil edib və mühüm nəticələr əldə etmişik .



Bu vətəndaşlarımızın sosial rifahının təmin edilməsində real fərq yaradıb. Digər indekslər üzrə də Azərbaycan mühüm tədbirlər görməyi bacarıb və nəticədə regional liderə çevrilib. Bərabərsizliyin aradan qaldırılması  indeksi üzrə  ölkəmiz səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər, ədalət və güclü institutlar kimi   ayrı-ayrı mühüm istiqamətlərdə irəliləyişlər əldə edə bilib. Burada söhbət  həm də sadalanan xidmətlərin  əlçatanlığından, onun kütəviliyinin  və bərabərliyinin  təmin edilməsindən gedir. Biz buna bəzən inkluziv cəmiyyət də deyirik".  

H. Babaoğlunun dediyinə görə, bu  bu irəliləyiş  heç də öz-özünə baş verməyib. O qeyd edib ki,  məlum indekslər üzrə irəliləyiş əldə etmək üçün mütləq müəyyən vaxta və görülməli olan vacib və məqsədyönlü tədbirlərə ehtiyac var:

 "Azərbaycanın son 5 ildə əldə etdiyi naliyyətlərin kökü əslində 17  il əvvəl həyata keçirilməyə başlanmış siyasətin nəticəsi kimi meydana çıxıb. Ona görə də müqayisəli təhlil zamanı aydın olur ki , Azərbaycan davamlı inkişaf indeksi üzrə təkcə regional lider deyil , eyni zamanda bir sıra digər inkişaf etmiş ölkələrlə rəqabət apara biləcək səviyyədədir. Şübhəsiz ki , əldə edilən göstəricilər son deyil tam əksinə bu göstəricilər növbəti mərhələdə daha yaxşı nəticələr əldə etmək üçün əsaslı bazadır" .

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu