“BMT-nin bu sənədi ölkəmiz üçün çox önəmli göstəricidir” 

“Dövlətimizin apardığı islahatların nəticəsində Azərbaycan qonşu ölkələri geridə qoyaraq 54-cü yerdə qərarlaşıb”

 “Respublikamız bundan sonra da davamlı inkişaf yolunda inamla irəliləyəcək”



"Azərbaycan bu rəğbəti uzun illər ardıcıl fəaliyyət, prinsipial və müstəqil siyasət hesabına qazanıb".
Bu sözləri Azərbaycanın özündən dəfələrlə böyük dövlətləri üstələyərək
 “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşmasını "Sherg.az"a  şərh edən millət vəkili Könül Nurullayeva deyib. 
 Deputatın fikrincə BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında Azərbaycanın 54-cü pillədə yer alması ölkəmiz üçün çox önəmli göstəricidir: 

"Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlar, müasir iqtisadi və sosial infrastrukturun formalaşdırılması ölkə iqtisadiyyatının sürətli inkişafını və onun rəqabət qabiliyyətinin yüksəlməsini təmin edib. Ötən il həyata keçirilən sosial paketlər vətəndaşların rifahının yüksəlməsinə mühüm təsir göstərib.

Yoxsulluğun aradan qaldırılması, səhiyyə sisteminin müasir standartlara uyğun yenidən qurulması, əhalinin kommunal problemlərinin, o cümlədən içməli su probleminin səmərəli həlli, enerji təhlükəsizliyinin təmin olunması, ölkədə mövcud olan təhlükəsizlik, milli həmrəylik mühiti, ümumiyyətlə, son 17 il ərzində Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırılması beynəlxalq səviyyədə, dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfindən təsdiq olunur. Məhz bunların nəticəsidir ki, Azərbaycan BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşıb".

Ölkəmizin “Davamlı inkişaf məqsədləri indeksi”nə görə regionda lider olmasını bizim üçün qürurverici hadisə adlandıran K.Nurullayeva deyib ki,  dövlətimizin apardığı islahatların, həyata keçirdiyi müvafiq tədbirlərin nəticəsində Azərbaycan qonşu ölkələri geridə qoyaraq 54-cü yerdə qərarlaşıb: 
"Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlar, müasir iqtisadi və sosial infrastrukturun formalaşdırılması ölkə iqtisadiyyatının sürətli inkişafını və onun rəqabət qabiliyyətinin yüksəlməsini təmin edib. Respublikamız bundan sonra da davamlı inkişaf yolunda inamla irəliləyəcək, postpandemiya dövründə Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla bütün problemlərimizi Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həll edə biləcək”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu